Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:22

Azərbaycan bu il də “Eurovision” müsabiqəsində iştirak etməyəcək


Səs: Real audio
Rusiya Amerikaya daha çox lazımdır, nəinki, Amerika Rusiyaya Gənc müğənnilərin telemüsabiqələrdən birinin qalibi Günel Məhərrəmova 200-ə yaxın müğəninin ən yaxşısı seçilsə də, indi müğənni kimi yox televiziya aparıcısı kimi işləyir. Ötən ilki uğurdan sonra o beynəlxalq müsabiqələrdə iştirak etmək barədə belə düşünmür.

Məsələ burasındadır ki, Azərbaycanda çoxsaylı telemüsabiqələrin keçirilməsinə baxmayaraq, bu ilki ümumavropa musiqi yarışması olan “Eurovision” müsabiqəsində Azərbaycan yenə də iştirak etməyəcək. “Bakı payızı”, “Yeni ulduz”, “Azəristar” kimi müsabiqələr isə bu il yenə də televiziya proqramlarında iştirak üçün elan veriblər. Digər ölkələrdə telemüsabiqələr elə məhz Eurovision üçün iştirakçı seçmək məqsədi güdür. Amma Azərbaycanda müsabiqənin nəticəsindən asılı olmayaraq, qaliblər sonradan heç bir beynəlxalq tədbirlərdə iştirak etmir və Azərbaycanlı tamaşaçı yenə də Eurovision-da Türkiyə, ya da Rusiya müğənnisinə azarkeşlik etməyə məcbur olur.

Telemüsabiqələrdən birinin - Azəristarın təşkilatçısı Azər Cabbarov isə problemin beynəlxalq nüsabiqələrdə iştirak etməyə qadir olan müğənninin, daha doğrusu musiqinin olmamasında görür. Onun sözlərinə görə, indi Azərbaycanda yaranan mahnılar dünya üçün keçmiş dövr, 80-ci illərin musiqisi sayılır. Günah isə müğənnilərdə yox, bəstəkarlardadır.

Mədəniyyət Nazirliyi isə ümumiyyətlə Eurovision və digər beynəlxalq müsabiqələrdə iştirak etmək üçün bütün məsuliyyətin telemüsabiqələrin təşkilatçılarında olduğunu düşünür. Nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovun sözlərinə görə, bu dövlət qurumu yalnız özünün təşkil etdiyi müsabiqələrin qalibləri ilə maraqlanır. Telemüsabiqələrin qalibləri isə onlara aid deyil.

Müsabiqə qalibi Günel Məhərrəmova Eurovision-da iştirak edə biləcəyini deyir. Onun sözlərinə görə, o özü yalnız oxumağı bacarır və iştirak etmək barədə təklif gəlsə onun tərəfindən problem yaranmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG