Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:32

“Buş Putini danlamayacaq”


Səs: Real audio
Rusiya Amerikaya daha çox lazımdır, nəinki, Amerika Rusiyaya --“Tayms”



ABŞ prezidenti Corc Buş dünyada azadlıqları yaymaq vədinə ilk sədaqət testi keçəcək. Bu, onun Bratislavada Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı baş verəcək. Rusiyanın demokratiya sahəsində geriləməsi Qərbi getdikcə daha çox narahat edir.



Amma Buş keçən həftə Putini açıq tənqid etməyəcəyinə eyham vurub. Bütün kəskin məsələləri o, Putinlə şəxsi görüşdə müzakirə edəcək.



“Rossiyskaya qazeta”ya müsahibəsində Buş deyib ki, Putin bir sıra ciddi qərarlar verib və təkbətək görüşdə ondan bu qərarların səbəbini eşitmək istərdi.



Corc Buş ölkə daxilində Rusiyaya münasibətdə mövqeyin sərtləşdirilməsini tələb edənlərin artan təzyiqi ilə üzləşir.



Senator demokrat Con Bayden sual verir: “Biz nə vaxt Rusiyayla sərt davranacağıq?”



Amma məsələ ondadır ki, hazırda Vaşinqtonun Moskvaya təsir rıçaqları əvvəlkitək o qədər də çox deyil.



Keçən həftə Konqresdə respublikaçılar Rusiyanın “Böyük Səkkizlik”də iştirakını bu ölkədə demokratik proseslərin inkişafına bağlamağa çağırıblar. Moskvada isə hesab edirlər ki, neft-qaz ehtiyatlarına və terrorla müharibədə köməyinə görə Rusiya Amerikaya daha çox lazımdır, nəinki, Amerika Rusiyaya.



--“Nyu York Tayms”



Rusiya prezidentinin sərt açıq tənqid olunması əks nəticə verə bilər.



Amerikalı təhlilçi Cim Steynberq deyir ki, “əgər biz Putini hədələsək, onda rusiyalılar Putin ətrafında birləşəcəklər, çünki bunu onların daxili işlərinə müdaxilə sayacaqlar. Bu səbəbdən biz çətin dilemma qarşısındayıq”.



O biri tərəfdən, son illər ABŞ-ın Rusiyaya təsir imkanları da azalıb.



Təhlilçilərin fikrincə, Vaşinqtonun imkanları məhduddur. Neft qiymətləri artdığından xəzinəsi ağzınacan dolu olan Rusiya indi beynəlxalq kreditlərdən daha az asılıdır.



--“Ekonomist”



Rusiyada antisemitizm yenidən gündəmdədir. Keçən ay bir neçə siyasətçi bütün yəhudi təşkilatlarını qadağan etmək çağırışına qoşulub.



Amma ümumilikdə, Rusiyada irqçilik və irqçilər öz həmlələri üçün əsasən başqa milli azlıqları seçirlər.



Rusiyada bir çox başqa millətlərə yəhudilərdən daha çox nifrət edirlər. Daha çox Qafqazdan, xüsusən də Çeçenistandan olanlardan xoşlanmırlar. Bu da Çeçenistandakı müharibə ilə izah olunur.



Amma rus millətçiliyini əsaslı təhlil etsək, görərik ki, o, başlanğıcını hələ çar Rusiyasından alır. İmkan düşən kimi onu doğuran sosial və mədəni amillər təkrar üzə çıxıb. Qardaş məhəbbəti ideologiyasını təbliğ edən Sovet hakimiyyəti dövründə də o, tam yoxa çıxmamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG