Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:24

ATƏT-in hesabatını araşdıracaq birgə ekspert qrupu yaranır


Səs: Real audio
Robotlar Amerika ordusunun əsas zərbəçi qüvvəsi olacaq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda hüquq-məhkəmə sisteminin fəaliyyətinə dair hazırladığı hesabatda ortaya çıxan problemləri birgə araşdırmaq üçün ekspert qrupu yaradılacaq.



Azərbaycan hökuməti ilə ATƏT-in Varşavadakı insan hüquqları üzrə ofisi artıq bu məsələni müzakirə edib. Qrupun iş prinsipi artıq məlumdur.



ATƏT-in Bakı ofisinin sədr müavini Robin Sivord deyir ki, hazırda ekspert qrupunun yaradılması ilə bağlı Azərbaycan hökuməti ilə müzakirələr aparılır. Onun fikrincə, ekspert qrupuna hər tərəfdən təxminən 6 nəfər daxil olacaq.



«Ekspert qrupunun məqsədi hesabatdan irəli gələn tövsiyələrin həyata keçirilməsi olacaq. Azərbaycan rəsmiləri təklif edir ki, həmin qrupa QHT-lərin nümayəndələri də daxil edilsin. Hesabatın əsas məqsədi isə Azərbaycan dövlətinin məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq strukturlar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsidir».



Robin Sivord deyir ki, ATƏT Azərbaycanda hüquq-məhkəmə sistemi ilə bağlı bütün prosesləri, o cümlədən də qarşıdan gələn hakim seçkilərini nəzarətdə saxlayacaq.



Hüquq müdafiəçisi Çingiz Qənizadə belə bir qrupun yaradılmasını müsbət qiymətləndirir.



Amma əlavə edir ki, «hökumətin həmin ekspert qrupuna QHT-ləri də daxil etmək təklifi şübhəli məqamdır. Çünki hökumətin özünün QHT-ləri var. Dövlət strukturları bu təşkilatlardan istifadə etməyə çalışacaqlar».

Günün bütün mövzuları

XS
SM
MD
LG