Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:26

Bugünkü Qlobusda Rusiyada Azərbaycan ilinin açılışından, Avropada Azərbaycan diaspor təşkilatlarının fəaliyyət perspektivlərindən, Türkiyədə azərbaycanlıların yaşayışı və bu ölkədəki azərbaycan cəmiyyətlərindən söhbət açacayıq


Səs: Real audio
Robotlar Amerika ordusunun əsas zərbəçi qüvvəsi olacaq Salam. Efirdə Qlobus proqramıdır. Mikrofonda mən, Samirə Faiqqızı. Qlobusda biz xaricdə yaşayan azərbaycanlılardan, onların nailiyyətlərindən və problemlərindən, azərbaycanlıların təşkilatlanmasından və diaspora cəmiyyətlərinin fəaliyyətindən danışırıq. Bugünkü Qlobusda

Rusiyada Azərbaycan ilinin açılışından, Avropada Azərbaycan diaspor təşkilatlarının fəaliyyət perspektivlərindən, Türkiyədə azərbaycanlıların yaşayışı və bu ölkədəki azərbaycan cəmiyyətlərindən söhbət açacayıq.



Qlobusun qonaqları:

- "Azərros" Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin sədr müavini Almaz Xəlilov,

- Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət komitəsinin Avropa şöbəsinin müdiri Nazim Qaraxanov,

- Türkiyədəki Azad Bütöv Adil Demokratik Azərbaycan Təşkilatının sədri Araz Aslanlı.



Mən Samirə Faiqqızı isə Azadlıq radiosunun Praqadakı studiyasındayam.

Fevralın 16-da Moskvanın Dövlət Kreml Sarayında Rusiyada Azərbaycan ilinin açılışına həsr olunmuş mərasim keçirilib. Mərasimdə Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev iştirak ediblər. Rusiyada Azərbaycan ilinin elan olunmasının nə demək olduğunu bizə

"Azərros" Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin sədr müavini Almaz Xəlilov açıqladı:



"Azərros" təşkilatı Rusiya Liberal-Demokratik Partiyasının sədri Vladimir Jirinovskiyə Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlərə görə etiraz məktubu göndərib. Almaz Xəlilov bu məsələni də bizə açıqladı:



Ötən həftə Hollandiyanın Amsterdam şəhərində Hollandiya, Belçika, Almaniya və başqa Avropa ölkələrindəki Azərbaycan icma və birliklərinin nümayəndələrinin iştirakı ilə

Azərbaycan diasporasının problemləri və qarşısında duran vəzifələrə həsr olunmuş görüş keçirilib.

Avropadakı Azərbaycan diasporasının vəziyyəti və perspektivləri barədə Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin Avropa şöbəsinin müdiri Nazim Qaraxanovla söhbət elədik.



Bu, Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin Avropa şöbəsinin müdiri Nazim Qaraxanovdur.



Növbəti qonağımız Türkiyədəndir. Araz Aslanlı 1992-ci ildə Ankaraya tələbə kimi gəlib. Hazırda Ankara Universitetində Beynəlxalq münasibətlər üzrə doktoranturada oxuyur və Türkiyə Milli Təhlükəsizlik Tədqiqatlar Strateji Mərkəzində Qafqaz şöbəsinin rəhbəri kimi çalışır. Araz bəy deyir ki, bir –iki il ərzində Azərbaycana qayıtmaq fikrindədir. Beş il əvvəl Ankarada ABAD Azad Bütöv Adil Demokratik Azərbaycan Təşkilatı yaradıldı. Araz bəy bu təşkilatın sədridir.



Bu, Ankaradakı ABAD Azərbaycan Təşkilatının sədri Araz Aslanlıdır. Bu günə bu qədər. Qlobusda deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşdürmək istəyənlər Azadlıq radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər. Qlobusu mən apardım, Samirə Faiqqızı, Sağ olun, gələn şənbə günü yenidən görüşənədək.
XS
SM
MD
LG