Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:59

«ATƏT və Avropa Şurası seçki öncəsi vəziyyəti qiymətləndirəcək»


Səs: Real audio
Robotlar Amerika ordusunun əsas zərbəçi qüvvəsi olacaq «İlin qadını» başlıqlı məqalədə «Yeni Azərbaycan» qəzeti yazır ki, prezidentin xanımı Mehriban Əliyeva ilin qadını elan olunub.



«Azadlıq» qəzeti «İlham Əliyev polis rejiminə arxalanır» başlıqlı məqalədə yazır ki, “bu rejim yeni prezidentə atasından miras qalıb”.



Təbii qazın qiymətinin qaldırılması əhalinin sosial vəziyyətini daha da ağırlaşdıracaq. Bu haqda «Üç nöqtə» qəzeti yazır.



«ATƏT və Avropa Şurası seçki öncəsi vəziyyəti qiymətləndirəcək» məqaləsində «Bakı Xəbər» yazır ki, Avropa təşkilatları parlament seçkilərinə səsvermədən əvvəl münasibət bildirəcəklər.



Rusiyanın xarici işlər naziri Serqey Lavrov Yerevana səfəri ərəfəsində Dağlıq Qarabağ münaqişəsini Moskva ilə Vaşinqtonun həll etməyəcəyini bəyan edib. Bu haqda daha ətraflı «525-ci qəzet» xəbər verir.



Korrupsiyaya qarşı mübarizə komissiyası prezidentin yanında yaradılmalıdır. Millət vəkili Qüdrət Həsənquliyev «Xalq Cəbhəsi» qəzetinə müsahibəsində belə deyib. O əlavə edib ki, qanun pozuntusu ilə yaradılan qurum heç vaxt qanunun aliliyini həyata keçirə bilməz.



Milli Məclisin üzvü Naira Şahtaxtinskaya «Zerkalo» qəzetinə müsahibəsində bildirib ki. Azərbaycana öz torpaqlarını geri almaqda mane ola biləcək qüvvə yoxdur.



«Ermənilər Şuşanı qazmağa başlayıblar» məqaləsində «Ayna» qəzeti yazır ki, ermənilər Şuşada arxeoloji qazıntılar aparırlar.



«Azərbaycan» qəzeti Xocalı soyqırımı ilə bağlı məqalədə hadisəni 20-ci əsrin faciəsi adlandırıb.



«Yeni Müsavat» yazır ki, İran Azərbaycandan nüvə komponentləri alıb və ABŞ-ın Energetika Nazirliyindəki mənbələr bu haqda məlumatlıdırlar.
XS
SM
MD
LG