Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:40

Əsir düşən üç Azərbaycan əsgərini azad etmək üçün tədbirlər görülür


Səs: Real audio
Robotlar Amerika ordusunun əsas zərbəçi qüvvəsi olacaq Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Firudin Sadıqovun sözlərinə görə, onlar hərbçiləri azad etmək üçün beynəlxalq qurumlara və Qırmızı Xaç Komitəsinə artıq müraciət ediblər.



İndi həmin əsgərlərin harada saxlanması dəqiqləşdirilir. Bundan sonra Qırmızı Xaç Komitəsi əsirlərlə görüşəcək. Amma əsir düşənlər əsgər olduqlarından beynəlxalq qaydalara uyğun olaraq onların qaytarılması prosesi bir neçə ay uzana bilər.



Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyindən isə bildirdilər ki, artıq əsirlərin azad edilməsi üçün prosedur qaydaları başlanıb və əlaqə yaradılıb. Amma işin detalları ilə bağlı Komitə yalnız dövlət orqanlarını məlumatlandıra bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG