Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:36

«Təhsil haqqında» qanunda rüşvətxorluğa şərait yaradan bəndlər var»


«Təhsil haqqında» qanunda rüşvətxorluğun daha mütəşəkkil şəkildə baş alıb getməsi üçün xüsusi bəndlər mövcuddur». «Hədəf» Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlu «Azadlıq» radiosunun «14-24» verilişinə belə deyib. Onun fikrincə, bəzi maddələr və anlayışlar çaşqınlıq yaradır:

«Məsələn, elitar təhsil anlayışı. Qarşısında yazılır ki, xüsusi istedadlı şəxslər üçün təşkil olunan təhsildir. Məntiqə baxaq. Təbii ki, xüsusi istedadlı gənclər var. Sadəcə göstərilməlidir ki, bu, hansı kriteriyalarla müəyyən olunur. Sabah istənilən təhsil işçisi, dekan, nazir elitar təhsil hüququndan istifadə edərək, foksçunu da xüsusi istedad sahibi elan edə bilər. Yəni istənilən şəxs bu bəndi öz mənafeyinə uyğun işlədəcək».

«İrəli» İctimai Birliyinin nümayəndəsi Aqil Familoğlu isə bu məsələdə qeyri-dəqiq heç nəyin olmadığını deyir:

«İstedadlı gənc müəyyən meyarlarla müəyyənləşir. Məktəb olimpiadalarının qalibləri var, orta məktəbi yüksək qiymətlərlə bitirən tələbələr var, xaricdən Azərbaycana medallar gətirənlər var. Onları xüsusi istedad hesab etmək olar».

Ağasif Şakiroğlu «Təhsil haqqında» qanunu incələyərkən başqa bir məqama da toxundu:

«Digər məsələ isə ali məktəblərə muxtariyyət statusunun verilməsidir. Bu, sadəcə baş aldatmaqdan başqa bir şey deyil. Maddə 29.1-dən başlayaraq, 29.2.40-a qədər icra hakimiyyətlərinin təhsil orqanlarında səlahiyyətlərindən danışılır. Burda icra hakimiyyətlərinə o qədər səlahiyyət verilir ki, yuxarıdakı bənd artıq silinmiş olur. Başqa nə səlahiyyət qalır ki, ali məktəblər özləri daxili işlərini həll etsin?!»

Buna da bax:

XS
SM
MD
LG