Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:09
«Bayıl təcridxanasında 85-ci kamerada 23 nəfər məhkumun yataq yeri nəzərdə tutulub. Amma mən faktiki orda olduğum bir ayda təxminən 33-34 məhkumla bir yerdə qalmışam. 23 nəfər axşam yatır, qalan 7-8 nəfərsə onları gözləyir və ya gecəyarısı növbələşirlər».

Jurnalist Yaşar Ağazadə öz həbsxana həyatından «Azadlıq» radiosunun «14-24» verilişinə danışarkən belə deyib:

«Təsəvvür edin ki, bir küncdə ayaqyolu quraşdırılıb, 33 məhkum və onların qab yumaq məsələləri hamısı ordan keçir. Ordakı növbəni 90-cı illərdə dükanlardakı növbələrə oxşadırdım: kimsə əlini, kimsə qabını yumaq istəyir, kimsə də ayaqyoluna getmək istəyir».

Yaşar Ağazadə həbsxana ilə bağlı cəmiyyətdə formalaşmış streotiplərə toxunur:

«Həbsxananı bir məktəb kimi təqdim edirlər. Həbsdə olanlar da, olmayanlar da. Bu mərhələni görmək üçün çox yox, 3-4 ay həbsdə qalmaq kifayətdir. Amma cinayət edərək yox, inzibati xətaya və ya mənim kimi peşə fəaliyyətinə görə. Mən kriminal həyatı da gördüm. Təbii ki, itirdiyim də var».

Buna da bax:

XS
SM
MD
LG