Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:50

Qazın qiyməti iki dəfədən çox bahalaşa bilər


Səs: Real audio
Robotlar Amerika ordusunun əsas zərbəçi qüvvəsi olacaq Əhaliyə satılan qazın qiyməti iki dəfə yarım qaldırıla bilər.



«Azəriqaz» Səhmdar Cəmiyyəti bununla bağlı hökumətə müraciət edib. İndi əhali üçün qazın 1000 kubmetrinin qiymtəi 81 min manatdırsa, qiymət qalxdığı halda 200 min manat olacaq.



Bu haqda məlumatı fevralın 18-də mətbuat konfransı keçirən «Azəriqaz» Səhmdar Cəmiyyətinin rəhbəri Əlixan Məlikov verdi.



Cənab Məlikovun sözlərinə görə, prezidentin qaz təchizatının yaxşılaşdırılması ilə bağlı sərəncamından sonra görüləcək bir sıra işlər bahalaşmanı qaçılmaz edir.



Əlixan Məlikov bildirir ki, Dövlət Neft Şirkəti də qazın topdansatış qiymətinin qaldırılmasını tələb edir.



Amma Əlixan Məlikov etiraf edib ki, qiymətin qalxması qaz pulu yığımında problem yaradacaq. Yəni, qazın qiyməti bahalanarsa, ötən ilkindən fərqli olaraq əhalinin 70 faizi pulu ödəyə bilməyəcək.



İqtisadi Texnologiyalar İnstitutunun rəhbəri Vüsal Qasımov isə «Azəriqaz»ın bu təklifinə normal yanaşır. Amma onun sözlərinə görə, bununla yanaşı sayğac quraşdırılma prosesi də sürətləndirilməlidir ki, əhali yalnız işlətdiyi qazın pulunu ödəsin.



Ötən ilin noyabrında əhaliyə satılan qazın bir kubmetrinin qiyməti 36 manatdan 81 manata qaldırılmışdı. Müəssisələrə satılan qazın kubmetrinin qiyməti isə hazırda 236 manatdır.
XS
SM
MD
LG