Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:57

«Yaşlı müəllimlər dərsə başları əsə-əsə gəlirlər»


Almaniyada təhsil almış Rail Səfiyev və ABŞ təhsilli Əhəd Kazımov

Almaniyada təhsil almış Rail Səfiyev və ABŞ təhsilli Əhəd Kazımov

Sən demə universitetdə tələbələrin şənbə günü toplaşıb müzakirələr aparması üçün xüsusi icazə lazım imiş!

Sosiologiya fakültəsinin magistratura tələbələri gənc müəllimlərinin təşəbbüslərindən «Azadlıq» radiosunun «14-24» verilişinə danışarkən bunu deyiblər.

Sosial işçi kimi fəaliyyət göstərən Sənubər Heydərova deyir ki, ayrıca layihə ilə universitetdə dərs keçən gənc müəllimlər yeni metodlarla - filmlər, təqdimatlar və s.-lə tələbələrin diqqətini dərsə cəlb etdiyi halda, bir çox yaşlı müəllimlərdən daha fərqli münasibət görürlər:

«Elə müəllimlərimiz var ki, o qədər yaşlıdırlar ki, onların nə danışdıqlarını belə başa düşmək çətindir. Başları əsə-əsə dərsə gəlirlər. Yaxşı, anlayırıq, onlar bunsuz yaşaya bilmirlər. Onda gəlsinlər, getsinlər, dərslərimizdə otursunlar, tərcümələr etsinlər oxuyaq, yeni kitablar yazsınlar, axı bütün bunlara onların imkanı var. Gərək mütləq dərs desinlər? Auditoriyada 80 nəfəri idarə də edə bilmirlər? Elələri var ki, müraciət edəndə eşitmirlər».

Sənubər Ağayeva isə qrup yoldaşının fikri ilə tam razılaşmadığını bildirir:

«Mənim müəllimlərim içərisində orta yaşlı insanlar var idi, onlardan çox şey öyrəndim. Məncə, öz üzərində işləyən hər bir müəllim çox şey edə bilər. Əsas problem uşaqlardadır. Uşaqlar öyrənmək istəmirlər. Mən praktika vaxtı birinci kursa dərs keçəndə bizim gənc müəllimlər kimi davrandım, çox sərbəst oldum. Və mən başa düşdüm ki, bizim auditoriyada bu, yaramır. Bir qədər ciddi olmaq lazımdır. Çünki hiss etdim ki, o uşaqlar mənim sərbəst olmağımdan sui-istifadə edirlər».

Almaniyada təhsil almış Rail Səfiyev və ABŞ təhsilli Əhəd Kazımov Açıq Cəmiyyət İnstitutunun xüsusi proqramı çərçivəsində Bakı Dövlət Universitetində dərs keçən gənc müəllimlərdəndir. Onlar da yeni metodlarla dərs keçən müəllimlərdən razıdırlar. Rail Səfiyevin gəldiyi qənaət belədir ki, gənc müəllimlərə ehtiyacı tələbələr də hiss edirlər.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG