Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:24

Milli Bank min manatlıq əskinasların baha satılmasını işbazların əməli adlandırır


Səs: Real audio
Robotlar Amerika ordusunun əsas zərbəçi qüvvəsi olacaq Son günlər Bakıda üzərində Məmməd Əmin Rəsulzadənin şəkli olan min manatlıq əskinaslar baha qiymətə alınmaqdadır.



Bu, prezidentin 2006-cı ildə dövriyyəyə yeni əskinasların buraxılması ilə bağlı sərəncamından sonra müşahidə olunmaqdadır. Həmin əskinasların satışı ilə məşğul olanlar özləri bunun səbəbini izah edə bilmirlər.



Milli Bank isə fevralın 18-də yaydığı bəyanatda əskinasların “qara bazarda” baha qiymətə satılmasını bir qrup işbazın qazanc əldə etmək istəyi kimi qiymətləndirir. Və əhalini dövlətçiliyin atributlarından biri olan milli valyutanı alver obyektinə çevirməyə çalışan fırıldaqçılara inanmamağa çağırır.



Milli Bank həmçinin bildirir ki, min manatlıqların dövriyyədən yığışdırılması ilə bağlı səslənən fikirlər də həqiqətəuyğun deyil. Sadəcə, hər bir nominaldan olan yararsız əskinaslar kimi onlar da vaxtaşırı yığışdırılaraq yeniləri ilə əvəzlənir.



Milli Bankın mətbuat xidmətinin rəhbəri Kamran Nəzərli deyir ki, həmin işbazların əməllərində cinayət tərkibi varsa, bunu araşdırmaq onların yox, hüquq-mühafizə orqanlarının işidir.



Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə bildirir ki, o, belə faktla üzləşməyib. Amma Milli Bank müraciət edərsə, fakt araşdırıla bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG