Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:11

Azərbaycan qiymətli metal yataqlarına sərmayə cəlb etmək istəyir


Səs: Real audio
Robotlar Amerika ordusunun əsas zərbəçi qüvvəsi olacaq Qiymətli metallar və daşlar haqqında qanun layihəsi parlamentin yaz sessiyasında müzakirə edilmək üçün hazırdır.



Millət vəkilləri bu qanunla Azərbaycanın qiymətli metal yataqlarına xarici sərmayənin yolunu açmaq niyyətindədirlər.



Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov bildirir ki, bu qanun olmadığından nəinki digər xarici dövlətlərdən, hətta Rusiyadan da bu sahəyə sərmayəçiləri cəlb etmək mümkün deyil. Xarici sərmayəçilər hansısa bir sahə ilə maraqlandıqda, ilk növbədə Azərbaycanda onun qanunla necə tənzimlənməsini öyrənirlər. Əgər qanun yoxdursa, onda heç kim bu işə baş qoşmaq istəmir.



Səttar Səfərov əlavə edir ki, qanun təbii sərvətlərin təsərrüfatçılıq dövriyyəsinə cəlb olunmasının qaydalarını müəyyən edir.



«Birinci mərhələ kimi qanun qəbul edilməlidir. Sonra isə sərmayəçilər axtarılmalıdır».



1997-ci ilin avqustunda Amerikanın “RV Investment” şirkəti Azərbaycan hökuməti ilə ölkənin cənub-qərbində 6 qızıl yatağının birgə işlənməsinə dair 25 illik saziş imzalayıb.



2005-ci ilin ikinci yarısında oradan qızıl çıxarılmağa başlanacaq.



İlkin məlumatlara görə, həmin yataqlarda 400 ton qızıl, 2500 ton gümüş, 1.5 milyon ton mis var.
XS
SM
MD
LG