Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:56

Çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu hazırlanır


Səs: Real audio
Robotlar Amerika ordusunun əsas zərbəçi qüvvəsi olacaq Xarici mütəxəssislər «Çirkli pulların yuyulması ilə mubarizə haqqında» qanun layihəsi hazırlayaraq Nazirlər Kabinetinə təqdim ediblər.



Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məsləhətçisi Bes Srinan fevralın 18-də korrupsiyayla mübarizənin vəziyyətinə dair dəyirmi masada məlumat verdi.



ABŞ-ın Ədliyyə Departamentinin nümayəndəsi Paul Byuron dedi ki, korrupsiya çirkli pulların yuyulmasına gətirib çıxarır.



«Korrupsiyayla mübarizə çirkli pulların yuyulmasına qarşı qanun olmadan effekt verə bilməz».



Paul Byuron hazırlanan qanun layihəsinin beynəlxalq standartlara cavab verdiyini söylədi. Onun sözlərinə görə, bu layihə çirkli pulların yuyulmasına və terrorçulara ötürülməsinə qarşı effektli mübarizəni nəzərdə tutur.



ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi də korrupsiyayla mübarizə haqqında qanunun icrasında dövlət orqanlarına yardım göstərməyə hazır olduqlarını bildirdi.



Azərbaycanda korrupsiyayla mübarizəylə bağlı dövlət proqramı və qanunu 2004-cü ildə qəbul edilib. Bu ilin yanvarın 1-dən isə qüvvəyə minib.

Günün bütün mövzuları

XS
SM
MD
LG