Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:48

«Azərbaycan Ukrayna yolu ilə gedəcək»


Səs: Real audio
Robotlar Amerika ordusunun əsas zərbəçi qüvvəsi olacaq Rusiya Cənubi Qafqaz ölkələrinin taleyinin Moskva və Vaşinqtondan asılı olmasını istəmir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə deyib. Onun bu və Dağlıq Qarabağ münaqişəsinə dair fikirlərinə «Yeni Azərbaycan» qəzeti yer ayırıb.



«Azərbaycan Ukrayna yolu ilə gedəcək» başlıqlı məqalədə «Azadlıq» qəzeti Azərbaycan müxalifətini qonşu həmkarlarından dərs götürməyə dəvət edir.



Məhbusları qiyam qaldıran 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu barədə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehtiyevin açıqlamasından «Üç nöqtə» qəzeti yazır.



«İkinci demokratiya şəhidi» başlıqlı məqalədə «Yeni Müsavat» qəzeti “seçki məhbusu”nun həbsxanada müəmmalı şəraitdə vəfat etdiyini yazır.



Azərbaycan əhalisinə heyvanlar üçün nəzərdə tutulan yem taxılından çörək bişirilir. Bu barədə «Bakı Xəbər» ətraflı yazır.



Ukrayna prezidenti Viktor Yuşenko Azərbaycana gələcək. Ukrayna Xəzər neftinin nəqlinə maraq göstərir. Mövzu «Xalq Cəbhəsi» qəzetində geniş işıqlandırılıb.



«Oktyabr məhbusunun ölümü təsadüf deyil». «Zerkalo» qəzeti yerli hüquq müdafiəçilərinə istinadən belə yazır.



«Exo» qəzeti yazır ki, «Barmek-Azərbaycan» elektrik şirkəti əhalinin işığa görə borclarının üstünə faiz hesablayacağını bəyan edib.



Rusiya təklif edib ki, Xəzəryanı ölkələrin hərbi dəniz qüvvələri bir blokda birləşsin. Bu haqda «Ayna» qəzeti yazır.
XS
SM
MD
LG