Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:05
Rubrikalar

Əcnəbilərlə ailə quran Azərbaycan vətəndaşlarının sayı artır


Səs: Real audio
Robotlar Amerika ordusunun əsas zərbəçi qüvvəsi olacaq Rəsmi açıqlanan inflyasiya göstəricisini də heç də bütün ekspertlər doğru saymır. Dövlət Statistika Komitəsi 2004-cü ildə inflyasiyanın 10.4 faiz təşkil elədiyini açıqlasa da, bir çox müstəqil ekspertlər inflyasiyanın real həddinin 17%-20% olduğunu iddia edir. Amma hətta dövlətin irəli sürdüyü rəqəmlərlə də banklara qoyulan əmanətlərə görə faiz dərəcələrini müqayisə eləyəndə banka pul qoyanların real gəlir əldə edə bilmədiyini görmək olur. Bu fikri Turan İnformasiya Agentliyinin maliyyə eksperti Anar Xanbəyli də müdafiə edir.



Azərbaycanda fəaliyyət göstərən banklardan 41-i əhalidən əmanət götürə bilər ki, onların əksəriyyətində illik faiz dərəcələri ötən il orta hesabla 10%-dən yüksək olmayıb. Düzdü, bir neçə bank vardır ki, orda ötən il illik faiz dərəcələri rəsmi inflyasiyanın səviyyəsindən artıq olub, məsələn hətta illik 15.5 faizlə də əmanət qəbul edən banklar var. Amma Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun da etiraf etdiyi kimi, əmanətlərin böyük bir hissəsi dövlət banklarına yığılır. Məsələn, təkcə Beynəlxalq Bankda əhalinin əmanətlərinin yarısından çoxu yığılır, baxmayaraq ki, ildən ilə bu bank faiz dərəcələrini aşağı salmaqda davam edir. Milli Bankın məlumatına görə, ötən il orta hesabla 8-9 faiz olan dərəcələr bu il 2-3 faiz də endiriləcək. Yəni, əgər ötən il inflyasiya nəticəsində bu banka qoyulan əmanətlərin alıcılıq qiymətləri təxminən iki faiz azalmışdısa, bu il bu rəqəm arta da bilər.



Amma Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə burda “ümumi inflyasiya” yox, mərkəzi bankların öz siyasətlərini müəyyənləşdirmək üçün yararlandığı “baza inflyasiyası” önəmli rol oynayır. Və bu rəqəmdən çıxış edəndə, banklara qoyulan əmanətlər real gəlir verir.



Bu vəziyyətdən çıxış yolu kimi, maliyyə ekspertləri vətəndaşlara alternativ investisiya mənbələri axtarmağı tövsiyyə edir. Çünki, hətta müəyyən səviyyədə əmanəti olub, onu banka qoymaq istəməyən və evdə saxlayanlara inflyasiya daha çox təsir edir. Hər halda, ötən il belə olub. Ekspertlərin hesablamalarına görə, hətta rəsmi inflyasiya faiziylə götürəndə, Euro-nun alıcılıq qabiliyyəti 4, Amerikan dollarının isə 11 faizə qədər azalıb. Azərbaycanda alternativ investisiya mənbəyi ola biləcək səhmdar cəmiyyətlərin səhmləri və inkişaf etmiş qiymətli kağızlar bazarı olmadığından, ekspertlər çıxış yolunu daşınmaz əmlak alqısında görür.



Cənab Xanbəyli , kiçik sahibkarlıq və kiçik yatırımlar üçün normal isvestisiya mühitinin olmaması üzündən, vətəndaşların daha təhlükəsiz variant kimi pullarını banklara əmanət etdiyini düşünür. Konkret hansı səbəblə bağlı olduğu göstərilməsə də, Milli Bankın açıqladığı rəqəmlərə görə də, ötən il ölkə banklarındakı depozit və əmanətlər təxminən 65 faizə qədər artıb.
XS
SM
MD
LG