Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:41

Anar Məmmədli deyir ki, seçki fəallığı təqribi 43 faiz olub


«Bu referendumu demokratik və beynəlxalq standartlara cavab verən referendum adlandırmaq olmaz».

18 mart referendumu ilə bağlı ilkin münasibətini bildirən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli belə deyib.

O bildirib ki, təşkilatın 455 seçki məntəqəsində müşahidəçisi olub. Onlardan bəzilərini seçki məntəqəsinə buraxmayıblar, bəzilərinə isə müşahidəçi protokolu verilməyib.

«Müşahidəçilər qeydə alıblar ki, bəzi məntəqələrdə adları seçki siyahısında olmayan şəxslər səs veriblər, bir sıra məntəqələrdə bir seçicinin bir neçə dəfə səsverməsi halı və qutuya bir neçə bülletenin atılması müşahidə olunub».

Anar Məmmədli deyir ki, müşahidəçilərin olduqları məntəqələrdən belə qərara gəliblər ki, seçki fəallığı təqribi 43 faiz təşkil edib. Bu da onu göstərir ki, MSK-nın elan etdiyi rəqəmlərə ciddi şübhələr bəslənməlidir.

Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçirilib.

Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb. Müxalifət onu boykot edib.
MSK referendumun baş tutduğunu bəyan edib.
XS
SM
MD
LG