Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:26

Hökumət metroda gediş haqqını qaldırmağa tələsmir


Səs: Real audio
Rüşvətxorluq Rusiyada həyat tərzidir Azərbaycan hökuməti Bakı Metrosunda gediş haqqının artırılmasını təxirə salıb.



Bu barədə Beynəlxalq Valyuta Fondunun nümayəndəsi müxbirlərlə söhbətində məlumat verib.



Bundan əvvəl həmin fondun istəyi ilə hökumət gediş haqqının 500 manata qaldırılması barədə təklifi Tarif Şurasına göndərmişdi.



Bakı Metropoliteninin rəhbərliyi də bir neçə dəfə gediş haqqının qaldırılması üçün hökumətə müraciət edib. Metropoliten rəsmilərinin dediklərinə görə, indi bir sərnişinin yol haqqı onlara min manatdan yuxarı qiymətə başa gəlir. Halbuki bunun əvəzində gediş qiyməti 250 manatdır.



Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvarında - bir ay ərzində Bakı Metrosu 12 milyon nəfərə yaxın sərnişin daşıyıb. Əvvəlki ilin yanvar ayı ilə müqayisədə bunun 7 faiz artıq olduğu bildirilir.
XS
SM
MD
LG