Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:33

20 yaşlı gənc həbsxanada dünyasını dəyişib


Səs: Real audio
Rüşvətxorluq Rusiyada həyat tərzidir Prezident seçkiləri zamanı baş verən toqquşmalara görə həbs edilən 20 yaşlı Alqait Məhərrəmov fevralın 17-i səhər cəza çəkdiyi 17 saylı müəssisədə dünyasını dəyişib. Mərhumun atası Vəliyar Məhərrəmovun sözlərini görə, artıq cənazə cəzaçəkmə müəssisəsindən evə gətirilib.



Məhkəmədə 3 il azadlıqdan məhrum edilən Alqait Məhərrəmov İdman Akademiyasının tələbəsi olub və atasının sözlərinə görə, heç vaxt xəstəlikdən gileylənməyib. Hətta fevralın 8-i bütün ailə üzvləriylə cəzaçəkmə müəssisəsində olarkən də oğlundan hər hansı bir şikayət eşitməyib.



Vəliyar Məhərrəmov qeyd edir ki, tibbi ekspertizanın rəyi hələ onlara məlum deyil.



Müsavat partiyasının baş katibi Vurğun Əyyub isə iddia edir ki, bu, cəzaçəkmə müssisələrində insanlara biganə münasibətin göstəricisidir.



Vurğun Əyyubun sözlərinə görə, Azərbaycan hökuməti bir neçə gün əvvəl 11 saylı cəzaçəkmə müəssisəsində baş verən qiyamdan nəticə çıxarmalıdır. Əks halda, həbsxanalarda baş alıb gedən nəzarətsizlik, korrupsiya və başqa qanunsuzluqlar daha ciddi nəticələr verəcək.



Məhkəmə Qərarlarının İcrasına Nəzarət Baş İdarəsinin rəis müavini Natiq Talıbov da ölümün səbəblərinin hələ ki, onlara məlum olmadığını deyir.



Oktyabr hadisələrinə görə təqribən 130 nəfər məhkəməyə cəlb olunub. Onlardan 85 nəfər şərti olaraq azadlıqdan məhrum edilib. Hazırda 40-a yaxın şəxs həmin hadisələrə görə cəza çəkir.
XS
SM
MD
LG