Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:35

Yanvar ayında Azərbaycanda 1000-dən artıq cinayət faktı qeydə alınıb


Səs: Real audio
Rüşvətxorluq Rusiyada həyat tərzidir Dövlət Statistika Komitəsinin DİN-ə istinadən verdiyi məlumata görə, 2005-ci ilin yanvar ayında Azərbaycanda 1009 cinayət qeydə alınıb. Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 16 faiz çoxdur. Törədilən cinayətlərin çoxu qətl, qətlə cəhd və oğurluqla bağlıdır. Xırda xuliqanlıq və dələduzluq halları əvvəlki illərdən fərqli olaraq arxa sıraya keçib.

Bəs, cinayətlərin sayının artması nəylə izah olunur? Ekspertlər səbəb kimi daha çox iqtisadi çətinliyi, əhalinin işsizliyini göstərirlər. Başqa bir səbəb kimi cəzaçəkmə yerlərindən çıxmış işsizlərin də bu sıraya qoşulması qeyd olunur. Gənc Hüquqşünaslar Birliyinin sədri Nadir Abilov deyir ki, apardıqları araşdırmada bu amilin öndə dayandığı üzə çıxıb.

Keçmiş istintaqçı İsaxan Aşurov isə hesab edir ki, bir ay üçün 1000 cinayət faktı o qədər də çox deyil. Ancaq narahatçılıq doğuran şəxsiyət əleyhinə olan cinayətlərin artmasıdır.

İsaxan Aşurov cinayət faktlarıyla bağlı rəqəmlərin real olmadığını da deyir. Keçmiş istintaqçıya görə daha çox oğurluqla bağlı rəqəmlərin faizi ictimaiyyətdən gizli saxlanır.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayət faktları bölgələrə nisbətən Bakıda daha çox törədilir. Faktların gizli saxlanmasına gəldikdə isə qurumun əməkdaşı Ehsan Zahidov bildirir ki, baş verən bütün faktlar qeydə alınır və ictimaiyyətə təqdim olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG