Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:42

11 saylı koloniyada qiyam yatırılıb


Səs: Real audio
Rüşvətxorluq Rusiyada həyat tərzidir 11 saylı cəzaçəkmə yerində 100-ə yaxın dustağın qiyamı yatırılıb.

Səhər saat 3-də ərazidə atışma və partlayış səsləri eşidilib. Saat 5-də isə yanğınsöndürən maşınlar damdakı məhbusları güclü təzyiqli suya basıblar. Bundan sonra fevralın 15-də başlanan qiyam yatırılıb.



Səhər saat 11-də isə damda qalan sonuncu məhbuslar kran vasitəsilə aşağı endirildi.



Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevin verdiyi məlumata görə, ölüm hadisəsi olmayıb, hərbçilərdən 2 nəfər yüngül xəsarət alıb. Beş nəfər məhbus isə intihara cəhd edib.



Saat 11-də daxili qoşunların əsgərləri olan iki yük maşını, bir BTR və 100-ə yaxın hərbçi koloniyadan çıxdı. Qara maskalı xüsusi təyinatlıların maşınları da həmin vaxt oradan çıxdı. Bundan sonra məhbusların yaxınları koloniyanın qarşısına buraxıldı.



Koloniya administrasiyasının verdiyi məlumata görə, qiyam vaxtı dustaqlar daxili qoşunlarla toqquşma zamanı dəmir çarpayıların hissələrindən istifadə ediblər. Saat 12-də avtomat, snayper və əl pulemyotları ilə silahlanmış 200-ə yaxın hərbçi də koloniya ərazisini tərk etdilər.



Bu arada məhbusların yaxınlarına hər hansı məlumat verilməmişdi. Valideynlər isə görüş tələb edirdilər. Onlar deyirlər ki, vəziyyətin bu həddə çatmasına məhbusların saxlanma şərati səbəb olub. Dediklərinə görə, dustaqlarla görüş onlara pulla verilir, yeməkləri və saxlanma şəraitləri acınacaqlıdır.



Koloniyanın rəisi Oqtay Həsənov valideynlərə dedi ki, onlara görüş veriləcək. O, dustaqların bir hissəsinin başqa koloniyalara köçürüləcəyini də bildirdi.



Təxminən günorta saat 1-də məhbusları aparan maşınlar içəridən çıxdılar. Bu vaxt məhbusların yaxınları ilə koloniya administrasiyası arasında üç dəfə toqquşma oldu. Yaxınları məhbusların başqa cəzaçəkmə yerlərinə köçürülməsinə etiraz edirdilər.



Ancaq adamlar sıxışdırıldı və həmin maşınlar ərazidən uzaqlaşdı. Bundan sonra sakitlik yarandı.



Bakı Şəhər Prokurorluğu qiyamla bağlı cinayət işi qaldırıb. Respublika Prokurorluğu, ədliyyə və daxili işlər nazirliklərinin birgə bəyanatında bildirilir ki, qiyam təşkilatçılarının və iştirakçılarının məsuliyyətə cəlb olunması üçün əməliyyat-istintaq tədbirləri aparılır. O da bildirilir ki, cəzakçəkmə müəssisələrinin «oğru qanunları» ilə idarə olunmasına edilən hər bir cəhdin qarşısı alınacaq.



Hüquq müdafiəçisi Murad Sadəddinovun verdiyi məlumata görə, dünən gecə 13 saylı koloniyada da məhbuslar etiraz olaraq həyətə çıxıblar, danışıqlardan sonra yerlərinə qayıdıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG