Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:23

Şimali Koreya Çin ərazisində iki Amerika jurnalistini həbs edib


Şimali Koreya sərhədçiləri Çin ərazisində iki Amerika jurnalistini həbs ediblər.

Cənubi Koreya mediasının verdiyi məlumata görə Koreya əsilli ABŞ vətəndaşları Çin ərazisindən Şimali Koreya ərazisini video lentə almağa tətbiq edilən qadağaya məhəl qoymayıblar. Buna son qoymaq üçün isə Şimali Koreya sərhədçiləri çayı keçərək Çin ərazisinə daxil olublar və jurnalistləri həbs ediblər.

Jurnalistlərin Kaliforniyada yerləşən mətbu orqanının xəbərlər bölməsində işlədikləri deyilir.

Bu ərəfədə Şimali Koreya ABŞ və Cənubi Koreyaya qarşı gərgin mövqe nümayiş etdirir. Onun narazılığına səbəb bu iki ölkənin birgə hərbi məşqlər keçirməsidir.
XS
SM
MD
LG