Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:44

Qırğızıstanda fəallar həbs ediliblər


Qırğızıstandan verilən məlumatlara görə polis bir neçə fəalı həbs edib. Fəallar 6 nəfərin ölümünə səbəb olan etiraz nümayişinin 7 illiyini qeyd edirlərmiş.

Müxalif «Ata-Məkan» partiyasının sözçüsü Cumart Saparbaev deyir ki, şam yandırmaq üçün toplaşan insanları polis mühasirəyə alıb. Onun sözlərinə görə həbs olunanlar arasında «Vətəndaşlar Korrupsiya Əleyhinə» hüquq müdafiəsi qrupunun sədri Tolekan İsmayılova və tanınmış müxalif siyasətçisi Topçubek Turgunaliev də olub.

Ölkənin daxili işlər nazirliyi bu məlumatı təsdiq etməyib.
XS
SM
MD
LG