Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:29

İnternet yazarı İranın Evin həbsxanasında vəfat edib


Həbsdə olan Iranlı internet yazarı Omidreza Mirsayafi İranın Evin həbsxanasında vəfat edib. Onun bacısının verdiyi məlumata görə 28 yaşlı qardaşının ölümü müəmmalı olub.

Sərhədsiz Reportyorlar bu məlumatdan olduqca sarsıldığını bildirib və internet yazarın ölümünün səbəbinin araşdırılmasına çağırıb. Omidreza Mirsayafinin bu il fevralın 7-i İnqilab Məhkəməsinə çağırılıb. Məhkəmədə aparılan sorğu-sualdan sonra isə onu həbs ediblər. Bu günə kimi isə onun vəkilləri məhkəmədən heç bir hökm qərarı almayıblar.

Yazar öz səhifəsinə ənənəvi İran musiqisi və mədəniyyət məlumatları yerləşdirirdi və siyasətə qarışmırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG