Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:12

Müstəqil Media-2005 Seçki Blokunu yaratmaqda məqsəd nədir?


Səs: Real audio
Rüşvətxorluq Rusiyada həyat tərzidir Yeni yaradılan Müstəqil Media-2005 Seçki Blokunun təsisçilərindən biri, «Olaylar» agentliyinin rəhbəri Yunus Oğuz bildirdi ki, bu qurum qarşısına 3 əsas məqsəd qoyub. Seçkilərin demokratik qaydada keçirilməsini və seçki öncəsi şəraitin şəffavlığını təmin etmək, blokun öz namizədlərini irəli sürmək və hemin şəxslərin təblitğatını teşkil etmək.

«Ədalət» qəzetinin baş redaktoru Aqil Abbas isə yada saldı ki, ötən parlament seçkilərində də belə qurumlar yaradılmışdı. Həmin qurumlarda müstəqil KİV-lərlə yanaşı partiyalar da iştirak edirdi. Aqil Abbasın sözlərinə görə bu blokun fərqi ondan ibarətdir ki, burda ancaq müstəqil KİV-lər bir araya gəliblər.

Ancaq blokun əsasnaiəsində qeyd edilir ki, bu qrum Azərbaycanın gündəlik nəşr edilən aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri tərəfindən təsis edilir. Başqa təsisçilər də qeyd etdilər ki, Müstəqil Media-2005 Seçki Bloku bütün KİV-lərin üzünə açıqdır...

Ölkə mediasında yeni təsis edilən bu bloka münasibət birmanalı deyil.

3 gündən sonra nəşrinə başlanacaq «Gün-Səhər» qəzetinin baş redaktoru Arif Əliyev deyir ki, seçkidə həm iştirak etmək, həm də onu işıqlandırmaq çox çətindir. Burada obyektivliklə bağlı problemlər yaşana bilər. Ancaq Arif Əliyev deyir ki, əgər təsisçilər öz məqsədlərində səmimi olsalar bunun öhdəsindən gəlmək mümkündür. Arif Əliyev bütün hallarda rəhbərlik etdiyi qəzeti belə bir blokda təsəvvür etmir. Onun sözlərinə görə əslində məqsəd ayrı-ayrı namizədlərin müdafiəsi yox bütün namizədlər üçün bərabər şəraitin yaradılmasına çalışmaq olmalıdır.

«Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidov isə deyir ki, bu təşəbbüs seçki məcəlləsiylə ziddiyyət təşkil edir. Çünki öz namizədliyini irəli sürən şəxs iş yerində fəaliyyətini dayandırmalıdır. Qənimət Zahidov deyir ki, əslində belə blokların yaradılmasında hakimiyyət maraqlıdır. Bununla həm seçkilərin rəqabət şəratində keçirildiyi təsəvürü yaradılacaq, həm də ölkə mediyasının imkanlarından istifadə ediləcək.

Qənimət Zahidov iddia edir ki, bu blokdan jurnalistlərdən çox hakimiyyət yararlanacaq. Elə Müstəqil Media-2005 Seçki Blokunu yaratmaqda başlıca məqsəd də bundan ibartdir. «Gün-Səhər» qəzetinin redaktoru Arif Əliyev isə hesab edir ki, belə bloklaşmadan hakimiyyətlə yanaşı müxalifət partiyaları da istifadə edə bilərlər. Şəxsən o burda hər iki tərəfin marağını istisina etmir.

Arif Əliyevin sözlərinə görə bu məsələdə qiymət verməzdən öncə həmin blokun fəaliyyətini izləmək daha düzgün olardı.

Günün bütün mövzuları

XS
SM
MD
LG