Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:46

Qırğızıstan hökuməti “rəngli inqilab”a hazırlaşır


Səs: Real audio
Rüşvətxorluq Rusiyada həyat tərzidir --“Institute for War and Peace Reporting”



Fevralın 27-də parlament seçkisindən sonra kütləvi çıxışlardan ehtiyatlanan Qırğızıstan hökuməti ictimai asayişin təmin olunması istiqamətində tədbirlər görür.



Müxalifət mətbuatının məlumatına görə, güc strukturları kütləvi iğtişaşlar zamanı birgə fəaliyyətin mümkün ssenarilərini məşq edirlər.



“Vətəndaş cəmiyyəti korrupsiyaya qarşı” qeyri-hökumət təşkilatının rəhbəri Tolekan İsmailova hakimiyyətin seçkilərdə dinc camaata qarşı güc tətbiq edə biləcəyindən narahatdır.



Daxili İşlər Nazirliyinin sözçüsü əməkdaşlar üçün nümayişçilərlə iş üzrə xüsusi hazırlığın keçirildiyini təsdiqləsə də, bunun seçkilər ərəfəsində keçirilməsinin “sadə təsadüf” olduğunu deyib.



Qırğızıstanda bir çoxları “məxməri inqilablar” dalğasının Qırğızıstana da çatacağından və qantökməyə səbəb olacağından qorxurlar.



--“Di Velt”



Uzun müddət siyasətlə maraqlanmayan Rusiya gəncləri arasında getdikcə canlanma hiss olunur.



Keçən bazar sosial islahatlar əleyhinə mitinqlər zamanı diqqəti yeni gənclər təşkilatları cəlb edib. Peterburqda “Putinsiz irəliləyənlər” gənclər təşkilatının rəhbəri Mixail Obozov və onun bir neçə tərəfdaşı həbs olunub.



Bir neçə gün əvvəl “Putinsiz irəliləyənlər” Moskvada filialını açıb. Filialın rəhbəri Roman Dobroxotov deyir ki, tezliklə Kazan, Yekaterinburq və Omskda da şöbələr yaradılacaq. Onun sözlərinə görə, “onlar özlərini Gürcüstan və Ukrayna gənclərinin ardıcılları hesab edirlər”.



Digər müxalif qrup İnternetdə Rusiya gənclərini “qeyri-peşəkar hökumətə” qarşı çıxmağa çağıran “Yox de!” adlı sayt açıb.



Amma gur bəyanatlara baxmayaraq, müqavimət cücərtisi hələ zəifdir. Ona görə də Gürcüstan və Ukraynadakı hərəkatlarla müqayisə hələ tezdir.



Moskva Siyasi Texnologiyalar Mərkəzindən Aleksey Makarinin zənnincə, “Rusiyada gənclər hərəkatına mütəşəkkillik çatışmır”. Amma o, hərəkatın mütəşəkkil surətdə formalaşdığı halda Rusiyada Ukraynadakına bənzər vəziyyətin yaranacağını istisna etmir.



--“İnterneşnl Herald Tribyun”



Necə adlandırılmasından asılı olmayaraq, rüşvətxorluq Rusiyada həyat tərzidir. Rusiyalılar həkimlərə əməliyyatdan əvvəl və sonra pul ödəyirlər, “bəxşiş”in ölçüsü isə xəstəliyin ciddiliyindən asılıdır.



Rusiya həkiminin maaşı 200 dollardan aşağıdır. Nyu-Yorkda ofisantlar kimi onlar da "çaypulu" hesabına yaşayırlar.



Moskva “İndem” Fondunun hesablamalarına görə, biznesmenlər hər il dövlət məmurlarına 33.5 milyard dollar ödəyirlər.



Sosioloq Vladimir Rimskinin sözlərinə görə, xarici biznes Rusiyada rüşvət vermədən fəaliyyət göstərə bilməz.
XS
SM
MD
LG