Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:27

Politoloq Rüstəm Məmmədov: «Rusiya kimi təhlükəli qonşu ilə düşmən yox, dost münasibət qurmaq lazımdır»


Səs: Real audio
“Ukrayna Vladimir Putinin rəqibləri üçün pladsdarma çevrilir” Fevralın 16-da Rusiyada Azərbaycan ili elan olunması ilə bağlı Moskvada təntənəli tədbir keçirildi. Hər iki dövlətin başçıları bu mərasimdə iştirak etdilər. Rusiyada yaşayanlar üçün bu, öz sözləri ilə desək göydəndüşmədir. Onların fikrincə, belə tədbirlər Rusiyanın sıravi vətəndaşları arasında sıravi azərbaycanlılara münasibəti yaxşı mənada dəyişir. Moskvada nəşr olunan «Millətin səsi» qəzetinin redaktoru Cəmil Alışov deyir ki, son zamanlar qafqazlılara, xüsusən də azərbaycanlılara qarşı skinxedlər daha da aqressivləşiblər, bazarlarda azərbaycanlılara hücumlar artıb və sair. Bu hadisələrin bunun fonunda iki ölkə arasında rəsmi səviyyədə əlaqələrin yaxşılaşması, üstəlik bunun mədəni sahəyə keçirilməsi Rusiyadakı azərbaycanlıların təhlükəsizliyinə təminat verir, onların küçədə, nəqliyyatda qorxmadan gəzməsinə şərait yaradır. Cəmil Alışovun fikrincə, televiziyaların bütün ölkədə bu gündən Rusiyada Azərbaycan ilinin başlanmasını elan etməsi təsirsiz ötüşməyəcək, istər-istəməz münasibəti dəyişəcək.



Yerli siyasi texnoloq və politoloqların isə fikirləri bir qədər haçalanır. Məsələn, politoloq Rüstəm Məmmədov deyir ki, Azərbaycana nə xeyir gəlsə Rusiyadan gələ bilər, elə nə xəta gəlsə yenə də Rusyadan gələ bilər. Ona görə də Azərbaycan dövləti son illər bu istiqamətdə daha düzgün siyasət aparır. Təhlükəli qonşu olan Rusiya ilə düşmən yox, dost münasibət qurur.



Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Xaləddin İbrahimli isə deyir ki, Azərbaycan üçün prioritet Rusiya ilə münasibətlərin yaxınlaşdırılması yox, Qərblə münasibətlərin yaxşılaşdırılması olmalıdır. Rəsmi Bakı belə məqamlarda incə davranmalıdır.



Rüstəm Məmmədova görəsə, Azərbaycanın Rusiya ilə yaxınlaşması Qərb dairələrini narahat etmir. İkincisi, başa düşmək lazımdır ki, dünya siyasəti yalnız iki-üç Qərb dövlətindən yox, həm də Rusiyadan asılıdır. Bu fikrə şərik çıxan siyasi texnoloq, millət vəkili Anar Məmmədxanlı isə deyir ki, Azərbaycan birqütblü siyasət yox, balanlaşmış siyasət aparır. Rəsmi Bakı Rusiya ilə yaxnılıq etdiyi kimi Avroatlantika məkanına inteqrasiya, Avropa Birlyinə üzv olmaq haqda da plan qurur. Qərblə uzunmüddətli neft müqavilələri bağlayıb, beynəlxalq qurmularla əməkdaşlıq edir.



Politoloqlar bir məqama da diqqətə çəkirlər. Unutmaq lazım deyil ki, bu iki ölkə yalnız istqisadi, siyasi yox, həm də ruhi bağlarla bağlanıb. İki yüz ilə yaxın bir dövlətin tərkibində yaşayıblar. İndinin özündəsə Azərbaycan əhalisinin bir hissəsi Rusiyada əməkçi miqrantdır, bəziləri hətta vətəndaşlıq alıb. Ona görə də Azərbaycan daxili problemlərin həllində Rusiya amilindən daha çox istifadə edir.



«Bakılı oğlanlar» Şən və Hazırcavablar Klubunun kapitanı olmuş Anar Məmmədxanlı isə hesab edir ki, Azərbaycan Rusiya ilə iqtisadi, mədəni əlaqələrini itirməməlidir. Biləcəridən o yana olan böyük dünyaya çıxmaq üçün bəlkə də Rusiyadan başlamaq lazımdır. Və bunun mənfi nəticələrindən çəkinmək lazım deyil. O fikrini əsaslandırmaq üçün misal da gətirir. Vaxtilə Moskvada keçirilən Şən və Hazırcavablar Klubunun oyunlarında «Bakılı oğlanlar» iki dəfə çempion, daha sonra XX əsrin çempionu oldular. «Amma artıq zaman dəyişir. Bu klub Rusiya üçün, rus klubları da Azərbaycan üçün əvvəlki kimi maraqlı deyil. İndi hər iki ölkənin öz problemi, öz gerçəklikləri var. Onlar öz problemlərinə yumorla yanaşır, tənqid edir, biz də öz problemlərimizə. Biz ayrı-ayrı iki müstəqil dövlətin vətəndaşlarıyıq…» Anar Məmmədxanlıya görə, zaman iki yüz ilə yaxın bir dövlətin tərkibində yaşayan Azərbaycanı və Rusiyanı indi sadəcə, bir qonşu kimi yaşamağı öyrədir.
XS
SM
MD
LG