Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:13

Leyla Yunus: hətta həbsxananın vəziyyətinin qənaətbəxş olması da hələ məhbusların cəzaçəkmə şəraitinin yaxşı olması demək deyil


Səs: Real audio
“Ukrayna Vladimir Putinin rəqibləri üçün pladsdarma çevrilir” 11 saylı cəzasəkmə müəssisəsində baş verən hadisənin səbəbi barədə nə həbsxana rəhbərliyi, nə də müvafiq orqanlar hələ ki, konkret heç nə demirlər. Məhbusların hadisənin gedişi zamanı səsləndirdikləri fikirlər, əllərindəki bayraqların üzərinə yazılmış sözlər onların həbsxana rəisindən narazı olduğunu ifadə edirdi. Müəssisənin rəisi Oktay Həsənov isə deyir ki, şəxsən ona qarşı indiyə qədər həbsanadakı məhbusların heç bir narazılığı olmayıb. Sözsüz ki hər yerdə olduğu kimi cəzaçəkmə müəssisələrində də problemlər olur. Ancaq bu problemlər müntəzəm olaraq həll edilib. Oqtay Həsənov əlavə edir ki, məhbusların bu hərəkətlərinin əsas səbəbi hələ ki, məlum deyil. Adətən məhbuslar əsas səbəbi gizli saxlayırlar.

Oqtay həsənovun sözlərinə görə həbsxana rəhbərliyinə tabe olmayanlar heç vaxt incidilməyiblər. Bunu onların ailə üzvləri də təstiqləyə bilərlər.

Hüquq müdafiəçisi Rəna Sadəddinova da baş verən hadisənin səbəbini dəqiq bilmədiyini deyir. O bu məlumatsızlığı hüquq müdafiəçilərinin məhbuslarla görüşüb söhbət eləmək üçün həbsxanaya buraxılmadıqları ilə izah edir. Rəna Sadəddinovaya görə, bu hadisə bir neçə səbəbdən baş verə bilər. «Aparılan monitorinqlərin nəticələri göstərir ki, onlar daha çox məhkəmənin çıxardığı hökmdən narazı olurlar. Bu da itaətsizliyə səbəb ola bilər».

Hüquq müdafiəçisi deyir ki, 11 saylı cəzaçəkmə müəssisəsində məhbusların saxlanma şəraiti heç də pis deyil. Bu həbsxana şəhərin içindədir və xarici ölkələrdən gələnlər də nümunəvi müəssisə kimi seminarları orada keçirirlər. Ona görə də bunu yalnız şəraitlə bağlımaq inandırıcı deyil.

Hüquq müdafiəçisi Rəna Sadəddinova.

Sülh və demokratiya institutunun direktoru Leyla Yunus isə həbsxanalarda şəraitin yaxşı olmasına inanmadığını deyir. Onun fikrincə, hətta həbsxanaın özünün vəziyyətinin qənaətbəxş olması da hələ məhbusların cəzaçəkmə şəraitinin yaxşı olması demək deyil. Məhbusların narazılığına səbəb ola biləcək səbəblər kifayət qədərdir.

«Məhbuslardan vedən gələn payı almaq, qohumları ilə qanuni görüşmək üçün pul alırlar.»

Leyla Yunusun fikrincə, həbsxanalarda bu cür vəziyyətin yaranmasında Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin keçmiş rəisi Aydın Qasımovun rolu az olmayıb. Hüquq müdafiəçisi 11 –ci cəzaçəkmə müəssisəsində son günlar baş verənlərin səbəbləri sırasında bu amilin olmasını da istisna etmir. «bu hadisə ya Aydın Qasımovun təxribatıdır, ya da məhbuslar işdən kənarlaşdırılmaları görüb 11-ci müəssisənin rəhbərinin də çıxarılmasını istəyirlər».

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus həbsxanalarda cəza çəkənlərə öz hüquqlarını öyrənməyi, qanun pozuntuları baş verərkən bu barədə hüquq müdafiəçilərinə məlumat veməyi, eyni zamanda səbirli olmağı və etirazlarını bildirərkən qanunsuz hərəkətlərə yol verməməyi tövsiyyə edir.

Respublika Baş Prokurorluğu, Ədliyə və Daxili İşlər nazirliklərinin birgə yaydıqları məlumatda isə deyilir ki, 11 saylı cəzaçəkmə müəssisəsində baş vermiş kütləvi ixtişaşlar və repitensiar müəssisəsinin normal iş fəaliyyətinin pozulması faktı üzrə Bakı Şəhər Prokurorluğunda cinayət işi qaldırılıb.

Sənəddə həmçinin bildirilir ki, baş vermiş hadisənin səbəblərini araşdırmaq məqsədilə ədliyyə nazirinin sərəncamına əsasən müvafiq komissiya yaradılıb. Komissiyaya ombudsman, QHT nümayəndələri və məhbusların qohumları daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG