Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:22

Bakıda məhbuslar qiyam qaldırıb


Səs: Real audio
“Ukrayna Vladimir Putinin rəqibləri üçün pladsdarma çevrilir” Bu gün Bakıda, 7-ci mikrorayondakı 11 saylı cəzaçəkmə müəssisəsində bir qrup məhbus qiyam qaldırıb.



Kazarmalardan birinin damına çıxan 80-ə yaxın məhbus müəssisənin rəhbəri Oqtay Hüseynovun istefasını və saxlanma şəraitinin yaxşılaşdırılmasını tələb edir.



11-ci kolonun rəhbəri Oqtay Hüseynovun sözlərinə görə, bir neçə məhbus əldə etdikləri dəmir parçaları ilə dama qalxan qapılardakı qıfılları sındırıb. İtki olmasın deyə mühafizəçilər onlara qarşı güc tətbiq etməyiblər.



Dama yığılan məhbuslar müxbir və hüquq müdafiəçilərinin içəri buraxılmasını tələb etsələr də, hadisə yerinə gələn İnsan Haqları və Demokraтiya Fondundan Murad və Rəna Sadəddinovlar, eləcə də İnsan Haqları və Qanunçuluğun Müdafiə Bürosundan Səidə Qocamanlı müəssisəyə buraxılmadı.



Məhbuslar həmçinin ombudsman Elmira Süleymanova və ədliyyə naziri Fikrət Məmmədovun onlarla görüşməsini də tələb edirdilər. Ombudsman saat 16 radələrində 11-ci kolona gəldi.



Saat 7-nin yarısında Elmira Süleymanova cəzaçəkmə müəssisəndən çıxdı. Ombudsman həm qiyam edənlər, həm də buna qatılmayanlarla görüşdüyünü bildirdi.



Elmira Süleymanova əsasən qiyama qarşı olanların fikirlərini çatdırdı və dedi ki, onların sözlərinə görə, qiyam edənlər bir gün əvvəlcədən öz tələblərini yazılı şəkildə kolonun rəisi Oqtay Həsənova çatdırıblar.



Onlar tələb edirmişlər ki, həbsxanaya pay kimi gətirilən və məhbuslara çatmalı olan ərzaq, geyim və dərman ləvazimatlarının yarısı, pul vəsaitinin isə 2/3 hissəsi onlara çatsın.



Ombudsman Elmira Süleymanova dedi ki, qiyam edənlərin özləri onlara qarşı haqsızlıq, işgəncələr və oğurluq hallarının olduğunu bildirir, buna görə də rəisin istefasını tələb edirlər.



11 saylı müəssisəyə daxili qoşun hissələri gətirilsə də, rəsmilər qiyamın danışıqlar yolu ilə həll ediləcəyini bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG