Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:03

Keçmiş SSRİ-də “demokratiya virusu”


Səs: Real audio
“Ukrayna Vladimir Putinin rəqibləri üçün pladsdarma çevrilir” --“Lö Mond”



2003-ci ildə Gürcüstanda “qızılgül” və Ukraynada “narıncı inqilablar” bütün keçmiş Sovet İttifaqında canlanma yaradıb.



Hər yerdə “demokratiya virusu” hakimiyyəti təqib edir, ekspertlərdə maraq oyadır, yerli kütləvi informasiya vasitələrini rahat buraxmır.



Rusiya qəzetləri hətta gələcək inqilabların nə rəngdə olacağını tapmağa çalışırlar. Şərabçılıq ölkəsi olan Moldovada bu, yəqin, tünd qırmızı, günəşli Ermənistanda ərik, Azərbaycanda isə badımcan kimi bənövşəyi rəngdə olacaq.



Gürcüstan və Ukrayna modeli şirnikdiricidir. Xüsusilə ona görə ki, müstəqillik qazandıqdan 14 il sonra da keçmiş SSRİ respublikalarının əksəriyyəti demokratiya yolunda heç bir tərəqqiyə nail olmayıblar.



--“Faynenşl Tayms”



Bazar ertəsi Ukrayna prezident Viktor Yuşenko Rusiya müxalifətinin aparıcı üzvlərindən birini özünün müşaviri təyin edib. Bu da yəqin, Kremlin hiddətinə səbəb olacaq.



Sağçı Qüvvələr Birliyinin rəhbərlərindən olan Boris Nemtsov Yuşenkonun sadiq tərəfdaşlarından biri hesab olunur. Keçən il Kiyevdə etriraz aksiyaları zamanı o, Yuşenko ilə birgə görünürdü.



“Faynenşl Tayms” qəzetinə müsahibəsində Nemtsov deyib ki, “Ukraynada Yuşenkonun qələbəsi Rusiya liberallarının da qələbəsidir”.



Rusiyalı analitik Kirill Frolovun sözlərinə görə, Nemtsovun təyinatı və sürgündə olan Rusiya maqnatı Boris Berezovskinin Britaniyadan Kiyevə köçəcəyi haqda bəyanatı o deməkdir ki, “Ukrayna tədricən Vladimir Putinin opponentləri üçün pladsdarma çevrilir”.



--“Deyli Teleqraf”



Amerikanın casus təyyarələri İranın nüvə silahının istehsalına yaxınlaşıb-yaxınlaşmadığını ayırd etmək üçün onun üzərində dövrə vururlar.



Pilotsuz təyyarələr qonşu İraqdakı Amerika bazalarından buraxılır.



Bundan başqa, bu uçuşlarda məqsəd İranın hava hücumundan müdafiə sistemini sınaqdan keçirməkdir.



İran üzərində kəşfiyyat uçuşu hətta İran qəzetlərində uçan boşqablar haqda yazılar da doğurub.



Hadisənin öyrənilməsinə İran Kosmik Agentliyinin mütəxəssisləri, aparıcı astronomlar və hətta Rusiya alimləri cəlb olunublar.



Amma tapmacanı elə İran hərbi—hava qüvvələrinin zabitləri tapıblar: uçan aparatların casus təyyarələr olduğu aşkarlanıb.
XS
SM
MD
LG