Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:16

Məmur-jurnalist münasibətlərini tənzimləyəcək qurum yaradilacaq


Səs: Real audio
"Laçında ermənilərin məskunlaşması həvəsləndirilir və maliyyələşdirilir. Qalan 6 rayonda isə görünür, məskunların 80-90 faizi oraya özləri ya da qeyri-hökümət təşkilatları və erməni diasporunun köməyi ilə gəliblər". «Qəzet satışında ayrı-seçkiliyə yol verilməməlidir, hamıya bərabər şərait yaradılmalıdır». Prezident Aparatı İctimai-siyasi şöbənin müdiri Əli Həsənov bu qənaətdədir. O Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun «Azadlıq», «Bakıxəbər» və «Futbol+» qəzetlərinin metroda satışına qadağa qoymasını düzgün saymır.



Elə ekspertlər də Tağı Əhmədovun hərəkətinə mənfi münasibət bildirirlər. Məsələn, «525-ci qəzet»in redaktoru Rəşad Məcid hesab edir ki, Metropoliten rəisinin qanunsuz hərəkətinə jurnalistlər də, məmurlar da münasibət bildirmədilər.



Beləliklə, münasibət bildirildi. Qəzetçilərlə Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənovun fikirləri üst-üstə düşsə də, ekspertlərin qənaətincə, problem həll olunmamış qalır.



Amma deyəsən, yaxın gələcəkdə belə problemləri yoluna qoymaq nisbətən asanlaşacaq. Azərbaycanda məmur-jurnalist münasibətlərini tənzimləyə biləcək yeni bir qurum yaranmaqdadır. Qurumun yaradılmasında məqsəd məmur-jurnalist münasibətlərini şəffaflaşdırmaq, hökumətlə mətbuat arasında əlaqələri yaxşılaşdırmaq və yaxınlaşdırmaqdır. Bu mətbuatın inkşafı ilə bağlı hazırlanan dövlət proqramında nəzərdə tutulur. Proqramda həmçinin yaxın aylarda qəzetlərə kreditlərin verilməsi də planlaşdırılır. Düzdü, bu haqda məlumat verən Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov həmin proqramın və orda nəzərdə tutulan islahatların detalları haqda danışmadı. Yalnız bunları söylədi ki, hökumət həmişə mətbuata diqqət göstərib. Bundan sonra da həmin qayğını davam etdirəcək. SƏS Əli Həsənov…



«Mətbuatın inkişafı ilə bağlı dövlət proqramının hazırlanması dəyərli təşəbbüsdür». «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev belə fikirdədir. Amma o da bir çox media mənsubları kimi hökumətin bu təşəbbüsündən xəbərsiz olduğunu deyir. Ancaq əlavə edir ki, mətbuatın üzləşdiyi bir sıra problemləri elə dövlət, hökumət strukturları yaratdığından indi həmin problemləri də dövlət özü həll etməlidir.



«525-ci qəzet»in redaktoru Rəşad Məcid isə hesab edir ki, onun bildiyi qədər proqram yox, «İnformasiya haqqında» qanun hazırlanmaqdaydı. «Və orda məmur-jurnalist münasibətlərini tənzimləmək məqsədilə mətbuat üzrə ombudsman vəzifəsinin yaradılması da planlaşdırılırdı. Amma həmin qanunun qəbulu yubandı və görünür, indi həmin ombudsman vəzifəsinə bənzər bir vəzifə və ya qurum təsis olunacaq».



Arif Əliyev isə bir şeyə təəsüf edir ki, həmin sənədin hazırlanması prosesindən peşəkarlar, yəni mətbuat işçiləri qıraqda qalıblar. Halbuki belə qurumun yaradılması fikrini dəfələrlə mətbuat işçiləri özləri irəli sürüblər. Arif Əliyevin qənaətincə, peşəkarların bu proqramın hazırlanmasında iştirakı yalnız işin xeyrinə olardı.



«525-ci qəzet»in redaktoru Rəşad Məcid inanır ki, həmin vəzifə və ya qurumun yaradılması informasiya verilməsində yaranan problemi, məmurların yol verdikləri qanunsuzluqları aradan qaldıra bilər. O hesab edir ki, belə qurum olsaydı, bəlkə də Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bir sıra qəzetlərin metroda satışına da qadağa qoymazdı.



Metropolitenlə qəzetlər arasındakı insidentə isə Mətbuat Şurasının sədri kimi Əflatun Amaşov da münasibət bildirib. Amma problem həll olunmayıb. O zaman gələcəkdə ombudsman institutu və ya məmur-jurnalist münasibətlərini yoluna qoymalı olan hər hansı qurum bu cür problemi necə yoluna qoyacaq? Onun Mətbuat Şurasından fərqi nədə olacaq? Ekspertlər bu suala cavabı zamana buraxırlar.



XS
SM
MD
LG