Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:31

»Müxalifət liderləri əfv oluna bilər»


Səs: Real audio
"Laçında ermənilərin məskunlaşması həvəsləndirilir və maliyyələşdirilir. Qalan 6 rayonda isə görünür, məskunların 80-90 faizi oraya özləri ya da qeyri-hökümət təşkilatları və erməni diasporunun köməyi ilə gəliblər". Prezident İlham Əliyev Rusiyada çıxan »Nezavisimaya qazeta»ya müsahibə verib. Bu barədə »Azərbaycan» qəzeti yazır.



Prezidentin Rusiyaya səfərini »Yeni Azərbaycan» qəzeti şərh edir.



“İran Azərbaycana nota verdi”. Rəsmi Tehran İran bayrağının »Azadlıq» qəzetində tərsinə asılmasına etiraz edir. Bu haqda elə »Azadlıq» qəzetinin özündə oxumaq olar.



»Oktyabristlərin əfvi ilə bağlı müraciətlərə baxılır». Bu barədə »Üç nöqtə» qəzeti yazır.



»Zerkalo» qəzeti xəbər verir ki, ermənilər rusiyalı kommunistlərlə münasibətlərini normallaşdırırlar və artıq müəyyən nailiyyətləri də var.



Oktyabr hadisələrinə görə tutulan müxalifət liderlərinin məsələsi ilə bağlı Prezidenti İcra Aparatında Əli Həsənov açıqlama verib. Bu barədə »525-ci qəzet»dən məlumat almaq olar.



»Xalq Cəbhəsi prokurorluq orqanlarında islahatlar aparıldığı haqda məqalə dərc edib.



Avropa Birliyi Bakıda oktyabr məhbuslarının azad olunmasını tələb edir. Mövzuya »Bakı Xəbər» qəzeti toxunur.



İsveçdən azərbaycanlıların deportasiyasına başlanılıb. Bu barədə »Exo» qəzeti yazır.



»Yeni Müsavat» »Müxalifət liderləri əfv oluna bilər» sərlövhəli yazı çap edib.



»Serj Sarkisyandan etiraf» başlıqlı məqalədə »Ayna» qəzeti yazır ki, müdafiə naziri Qarabağda Ermənistan vətəndaşlarının xidmət etdiyini təsdiqləyib.
XS
SM
MD
LG