Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:35

“Çeçen fırtınası ərəfəsində sakitlik?”


Səs: Real audio
Moskva əcnəbi şirkətləri öz neftinə yaxın buraxmır --“Tayms”



İraqda seçkilərin nəticəsi gözlənilməz olmasa da, o, İraqın etnik və dini əlamətlərə görə parçalandığını bir daha təsdiqləyib.



Seçkilər koalisiya qüvvələrinin taktiki qələbəsi olub. Onlar çətin şəraitdə bu demokratik eksperimenti reallaşdıra biliblər. Amma sual bu uğurun İraqın taleyində həlledici dönüşə çevrilib-çevrilməyəcəyidir.



Şiələrin uğuru seçkilər nəticəsində özünü təhqir olunmuş hesab edən sünni azlığının maraqlarının təmin olunması məsələsini daha da aktuallaşdırıb.



--“Di Velt”



İndi şiə və kürd siyasətçilərinin işi sünniləri ölkənin idarəolunmasına cəlb etməkdir.



“Sünnilər yeni əzilən azlığa çevrilməməlidir. Çünki, bu, yaraqlıların sıralarını daha da genişlədə və vətəndaş müharibəsinə gətirib çıxara bilər”



--“Krisçen Sayns Monitor”



Çeçen separatçılarının lideri Aslan Məshədovun qəflətən atəşkəs elan etməsi moskvalı politoloqlar arasında qızğın mübahisələr doğurub. Bu nədir: sülh sazişi imzalamaq üçün real şans, növbəti tələ, yoxsa yeni fırtına ərəfəsində sakitlik?



Atəşkəs haqda keçən həftə tanınmış çeçen səhra komandiri Şamil Basayev də danışıb. Bununla belə, Britaniyanın “4-cü kanalı”na müsahibəsində o, deyib ki, “biz gələcəkdə də Beslana bənzər bir sıra əməliyyatlar planlaşdırırıq, çünki biz bunu etməyə məcburuq”.



Sürgündə olan rus oliqarxı Boris Berezovskinin çeçen separatçılarının ona keçmiş SSRİ arsenalından oğurlanmış nüvə silahı satmaq istədikləri haqda məlum bəyanatı isə bu cür hədələri daha da qorxunc edir. Berezovskinin sözlərinə görə, “bu, daşına bilən nüvə bombasıdır”.



Rusiyanın xarici siyasət idarəsi bu məlumatı təkzib edib və Sovet istehsalı olan bütün “çamodan bomba”ların yaxşı qorunduğunu bildirib.



Bununla belə, müstəqil ekspertlər çeçen yaraqlılarında “çirkli bombanın” istehsalı üçün bütün nüvə komponetlərinin olduğunu istisna etmirlər.



“Ola bilsin, onlarda əsl nüvə silahı olmasın, amma biz keçmişdə onların radioaktiv materiallara çıxışı olduğunu bilirik”—deyən müstəqil hərbi ekspert Pavel Felqenqauerin fikrincə, “bu təhlükə olduqca realdır. “Çirkli bomba” Rusiyanın istənilən iri şəhərini boş səhraya çevirə bilər. Fevralın 22-də atəşkəs müddəti başa çatdıqdan sonra hər şey baş verə bilər”.



--“Faynenşl Tayms”



Bu ildən Rusiya əcnəbilərə məxsus şirkətələrin ölkənin təbii sərvətlərinin işlənməsində iştirakına məhdudiyyətlər qoyub.



Bu məhdudiyyət “ExxonMobile” və “ChevronTexaco” kimi iri tarnsmilli şirkətlərə yeni neft yataqlarını işləməyə imkan verməyəcək.



Ekspertlərin fikrincə, bu addım ölkəyə mümkün investisiyaları məhdudlaşdıra bilər.



“Yunayted Faynenşl Qrup” investisiya şirkətindən Stiven O’Salliven deyir ki, “öz təbii sərvətlərinin işlənməsinə əcnəbi şirkətləri buraxmayan ölkələr çoxdur. Məsələn, Meksika, Səudiyyə Ərəbistanı və Kuveyt kimi. Bu baxımdan, Rusiya həmişə istisna təşkil edib. Digər tərəfdən, bu, 90-cı illərin özəlləşdirməsini xatırladır. Onda da əcnəbiləri hərrəca buraxmırdılar”.

Günün bütün mövzuları

XS
SM
MD
LG