Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:40

İlham Əliyev Rusiyaya gedir


Səs: Real audio
“Bir ulduz batanda, o biri doğur” Azərbaycanın dövlət başçısı İlham Əliyev fevralın 15-də Moskvaya yola düşür.



Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, ikigünlük səfər müddətində İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli danışıqlar aparacaq. Görüşdə əsasən Dağlıq Qarabağ və Xəzər problemi, regional əməkdaşlıq məsələləri, terrora qarşı mübarizə məqsədilə tədbirlərin gücləndirilməsi müzakirə olunacaq. Bundan başqa, hər iki dövlət başçısı Rusiyada "Azərbaycan ili" elan olunması ilə bağlı keçiriləcək təntənəli tədbirdə iştirak edəcəklər.



Politoloq Vəfa Quluzadə Azərbaycan dövlət başçısının Rusiyaya səfərlərinin sayının artmasını rəsmi Moskvanın təzyiqi kimi qiymətləndirir.



Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısı məcburiyyət qarşısında ora yollanır. Vəfa Quluzadə deyir ki, Rusiya təhlükəli qonşudur və onu zərərsizləşdirmək üçün əlaqə qurmaqdan başqa yol yoxdur. Tək Azərbaycan yox, başqaları da bu cür addım atır. Məsələn, Ukraynanın yeni prezidenti Avropa ilə inteqrasiya haqda bəyanat versə də, ilk olaraq Rusiyaya getdi.



Fevralın 14 və 15-də isə Moskvada baş nazirin birinci müavini Abbas Abbasov və Rusiyanın energetika və sənaye naziri Viktor Xristenkonun rəhbərlik etdikləri Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclası keçirilir.



Komissiya energetika, nəqliyyat, elmi-texniki və başqa sahələrdə əməkdaşlıq məsələlərini, Azərbaycanın Rusiyanın vilayətləri ilə əlaqələrinin genişləndirilməsini və bir sırsa başqa problemləri müzakirə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG