Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:44

ABŞ və Avropa Birliyi ATƏT-in oktyabr hadisələri ilə bağlı bəyanatını dəstəkləyir


Səs: Real audio
“Bir ulduz batanda, o biri doğur” ABŞ 2003-cü il oktyabr hadisələri ilə bağlı məhkəmə işlərinə dair ATƏT-in hesabatını alqışlayır. ABŞ-ın Bakıdakı səfirliyinin bu gün yaydığı məlumatında belə deyilir.



Məlumatda bildirilir ki, ABŞ hesabatda sənədləşdirilmiş məhkəmə tərəfindən müntəzəm olaraq sui-istifadə hallarından narahatdır və hökuməti verdiyi öhdəliyə əməl edərək sənəddə qeyd olunan problemləri həll etməyə çağırır.



Avropa Birliyi də bəyanatla çıxış edərək ATƏT-in 2003-cü il oktyabr hadisələri iştirakçılarının məhkəmə prosesi ilə bağlı hesabatından narahat olduğunu bildirib.



Hesabata əsaslanan AB qeyd edir ki, "adıçəkilən məhkəmələr Azərbaycanın hazırkı qanunvericiliyinə uyğun deyil və ölkənin insan haqları, qanunun aliliyi sahəsində götürdüyü beynəlxalq öhdəliklərə cavab vermir».



Avropa Birliyi ATƏT-in hesabatda gəldiyi rəyə qoşularaq bildirir ki, həmin proseslər zamanı məhkum olunanlar azad edilməli, ittihamlar ləğv olunmalı və ya yenidən baxılmalıdır.



Yerli hüquq müdafiəçiləri hər iki bəyanatı alqışlayırlar.



Hüquq müdafiəçisi Arzu Abdullayeva hesab edir ki, ABŞ hökumətinin və Avropa Birliyinin bəyanatlarını hökumət qulaqardına vurmayacaq.



Bəyanatlara Prezident Apartının reaksiyasını öyrənmək cəhdimiz baş tutmadı.



Milli Məclisin insan haqları komissiyasının üzvü Bəxtiyar Sadıqov isə hesab edir ki, bu cür bəyanatlar real faktlara söykənmir.



16 oktyabr hadisələrinə görə 40 nəfər 2 ildən 5 ilədək azadlıqdan məhrum edilib, 100-ə yaxın şəxs şərti cəza alıb. Bu vaxta qədər onlardan heç biri bəraət almayıb.



Ali Məhkəmədən verilən məlumata görə, 7 müxalifət liderinin kassasiya şikayətinə isə fevralın sonu, martın əvvəllərində baxılacaq.
XS
SM
MD
LG