Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:25
Rubrikalar

Bu həftənin qeyd dəftərini prezident katibliyinin keçmiş başçısı, Azərbaycan naminə ictimai forumun rəhbəri Eldar Namazov aparır


Səs: Real audio
“Bir ulduz batanda, o biri doğur” Sizinlə Qlobus proqramında görüşürük. Qlobusda biz xaricdə yaşayan azərbaycanlılardan, onların nailiyyətlərindən və problemlərindən, azərbaycanlıların təşkilatlanmasından və diaspora cəmiyyətlərinin fəaliyyətindən danışırıq. Bugünkü Qlobusun qonaqları:

- Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Türkiyə komitəsinin əməkdaşı Ramil Həsənov,

- Ankara Azərbaycan Kültür və Dayanışma Dərnəyinin İdarə heyətinin üzvü Məmməd Qiyas Azəri Türkü,

- Və Çex qızı ilə ailə qurmuş keçmiş hərbçi, Qarabağ əlili Fuad Alxasovdur.



Mən, Samirə Faiqqızı isə Azadlıq radiosunun Praqadakı studiyasındayam.

May ayında Ankarada Türkiyə -Azərbaycan Dərnəkləri Federasiyasının ilk qurultayı keçiriləcək. Federasiya öz tərkibində Türkiyənin müxtəlif şəhərlərində fəaliyyət göstərən 18 dərnəyi birləşdirir. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Türkiyə komitəsinin əməkdaşı Ramil Həsənov mənə qurultayın məqsədləri barədə danışdı...



Ankaradakı Azərbaycan Kültür və Dayanışma Dərnəyi ötən ilin may ayında yaranıb. Dərnəyin fəaliyyəti və Ankaradakı azərbaycanlıların yaşayışı barədə mənə dərnəyin idarə heyətinin üzvü Məmməd Qiyas Azəri Türkü danışdı....



Bu, Ankara Azərbaycan Kültür və Dayanışma Dərnəyinin idarə heyətinin üzvü Məmməd Qiyas Azəri Türküdür.



Iki gündən sonra dünyada bütün sevgililərin Müqəddəs Valentin günü qeyd olunacaq. Və Qlobusun növbəti qonağı Çexiyada sevgilisini tapmış, keçmiş hərbçi, Qarabağ əlili Fuad Alxasovdur. Fuad bəy iki ildir ki, Praqa yaxınlığındakı Slanı şəhərində yaşayır. Özü Bakıdandır. Türkiyədə hərbi məktəbi bitirib, Qarabağ müharibəsinin iştirakçısıdır.



Bu günə bu qədər. Siz Qlobus proqramına qulaq asdınız. Qlobusda deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşdürmək istəyənlər Azadlıq radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər. Qlobusu mən apardım, Samirə Faiqqızı, Sağ olun, gələn şənbə günü yenidən görüşənədək.
XS
SM
MD
LG