Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:59

Avropa Şurası həmməruzəçilərinin Azərbaycana səfəri başa çatıb


Səs: Real audio
“Bir ulduz batanda, o biri doğur” Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri Andreas Qross və Andres Herkelin Azərbaycana üçgünlük səfəri başa çatıb.



Səfərin son günü onlar Azərbaycan Milli İstiqlal partiyasının sədri səlahiyyətlərini icra edən Əli Əliyevlə görüşüblər. Avropalı qonaqlar qarşıdan gələn parlament seçkiləri haqda AMİP-çilərin nə düşündükləri ilə maraqlanıblar.



Avropa Şurasının həmməruzəçiləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı ilə də görüşüblər. Mirvari Qəhrəmanlı onlara Azərbaycandakı bəzi xarici neft şirkətlərində yerli işçilərin hüquqlarının pozulması barədə məlumat verib.



Avropalı qonaqları ölkə prezidenti İlham Əliyev də qəbul edib.



Cənab Qross və cənab Herkelin səfərində məqsəd Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri necə yerinə yetirməsini yoxlamaq və bu ilin noyabrındakı parlament seçkiləri ərəfəsində ölkədəki siyasi vəziyyəti öyrənməkdir.



Avropa Şurası Monitorinq Komitəsinin qərarına görə, parlament seçkilərinə qədər onlar hər iki aydan bir Azərbaycana səfər edəcəklər.
XS
SM
MD
LG