Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:23

»Prezident məmurlara xəbərdarlıq etdi»


Səs: Real audio
“Bir ulduz batanda, o biri doğur” »Ankaradan Bakıya sərt mesaj» başlıqlı yazı ilə »Azadlıq» qəzetində tanış ola bilərsiniz.



Yerli icra hakimiyyəti orqanları sahibkarlara maneçilik törədirlər İlham Əliyev deyib ki, belə hallarla bağlı ciddi ölçülər götürüləcək. «Üç nöqtə» qəzeti bu haqda yazır.



»Prezident məmurlara xəbərdarlıq etdi» başlıqlı yazı ilə »525-ci qəzet»də tınış olmaq mümkündür.



Bu il sahibkarlara verilən kreditin iki dəfə artırılacağı ilə bağlı məsələni bugünkü sayında »Yeni Azərbaycan» qəzeti şərh edir.



Prezident ona real vəziyyət barədə məlumatı əksinə çatdıranlara xəbərdarlıq edib. O, “mən əslində, vəziyyətin necə olduğunu bilirəm” deyib. Bu mesajın siyasi tərəflərini »Xalq Cəbhəsi» qəzeti şərh edir.



Elman Qəmbərovun Əks Kəşfiyyat Xidmətinin rəisi vəzifəsindən azad ediləcəyi ilə bağlı mövzuya bugünkü sayında »Bakı Xəbər» toxunur.



»Azərbaycan» qəzeti regionların sosial-iqtisadi inkişafı haqqıda dövlət proqramının qəbulundan bir il ötməsinə dair yazı çap edib.



Azərbaycandakı cinsi azlıqlar ailə qurmaq məsqsədilə ZAQS şöbəsinə müraciət ediblər. Əgər buna etiraz olunarsa, azərbaycanlı cütlük Avropa Məhkəməsinə müraciət edəcək. Məlumatı «Exo» qəzeti dərc edib.



NATO-ya inteqrasiya planlarının detalları aydın oldu. Bu haqda »Ayna» qəzeti yazır.



»Yeni Müsavat»a müsahibəsində Müsavat başqanı İsa Qəmbər deyib ki, Azərbaycanda “məxməri inqilab”ı istisna etmir və Ukraynanın “Pora” gənclər təşkilatının lideri onun dəvəti ilə Bakıda olacaq.
XS
SM
MD
LG