Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:16

Əməkdaşlarımızı səssaymaya buraxmayıblar


Naxçıvanda referendumu 2 beynəlxalq, 583 yerli müşahidəçi izləyib. Beynəlxalq müşahidəçilər onlar Britaniya səfirliyinin əməkdaşları olublar.

«Azadlıq» radiosunun əməkdaşları 4 saylı dairədə müşahidə aparıblar, 1 nəfərin bir neçə bülleten atmasının, barmaqlara mürəkkəb vurulmadan səsverməyə buraxılmasının şahidi olublar. Veb-kamera quraşdırılan məntəqələrdə seçicilərin karusel əməliyyatı vasitəsilə səsverməyə gətirilməsini müşahidə ediblər.

Bütün bunlara komissiya rəsmiləri münasibət bildirməyib.

«Azadlıq» radiosunun əməkdaşlarını səssayma prosesinə buraxmayıblar.
XS
SM
MD
LG