Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:01

Vidadi Mahmudlu: “Həmməruzəçilər Seçki Məcəlləsinə dəyişikliklərə ciddi yanaşırlar”


Səs: Real audio
“Bir ulduz batanda, o biri doğur” Bakıda səfərdə olan AŞPA Monitorinq Qrupunun həmməruzəçiləri Andreas Qross və Andres Herkel fevralın 11-də MSK-da olublar. MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev həmin görüşdə komissiyanın bütün üzvlərinin iştirak etdiyini bildirir.



O deyir ki, cənab Qross bələdiyyə seçkilərindən sonra MSK-nın müxalifətdən olan üzvlərinin binaya buraxılmaması, onların protokollarla tanış olmalarına imkan verilməməsi barədə deyilənlərin nə dərəcədə həqiqət olduğunu soruşub. MSK rəhbərliyi və müxalifətdən olan üzvlər isə bunun həqiqət olmadığını bildiriblər.



MSK-nın müxalifətdən olan katibi Vidadi Mahmudlunun sözlərinə görə isə, görüşdə avropalı qonaqlar müxalifətin Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı təklifi ilə ciddi maraqlanıblar. Onların bu dəyişikliklərə münasibəti müsbətdir.



Andreas Qross və Andres Herkelin müxalifət liderləri ilə görüşünə gəlincə, AMİP-in keçmiş sədri Etibar Məmmədov bu görüşdən imtina etdiyini deyir. O, partiya sədrliyindən istefa verdiyini əsas gətirərək AŞPA nümayəndələrinin partiyanın hazırkı rəhbərliyi ilə görüşməsini daha məqsədəuyğun hesab edir. Həmin görüş fevralın 12-nə planlaşdırılıb.



AŞ-nın Bakı ofisindən verilən məlumata görə, Andreas Qross və Andres Herkel Bayıldakı müvəqqəti saxlama təcridxanasına baş çəkiblər.



Axşam saatlarında onlar Müsavat partiyasının başqanı İsa Qəmbər, fevralın 12-də isə BP və BTC-nin Sədrlər Şurası ilə görüşməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG