Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:44

Kavano prezidentlik limitinin ləğvini geriyə addım sayır


“Azərbaycanda prezidentlik müddəti ilə bağlı limitin ləğvi yalnız demokratiyanın inkişafı qarşısında maneə kimi anlaşıla bilər”. Bunu Kentukki Universitetinin Diplomatiya Məktəbinin direktoru Kerri Kavano “Christian Science Monitor” qəzetinə deyib. O vaxtilə Azərbaycanla Ermənistan arasında yüksək səviyyəli sülh danışıqlarında vasitəçilik edən Amerika nümayəndə heyətinin rəhbəri olub.

Məqalədə deyilir ki, ikinci dəfə prezident seçilənəndən 5 ay sonra İlham Əliyev referendum yoluyla prezidentlik müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılmasına çalışır. “Christian Science Monitor” yazır ki, əgər referenduma çıxarılan Konstitusiya dəyişiklikləri qəbul edilsə, bu, Azərbaycanda sülalə hakimiyyətinə yol açacaq. İlham Əliyevdən qadaq onun atası Heydər Əliyev 10 il hakimiyyətdə olub.

Azərbaycan rəsmiləri dəyişikliklərin demokraik ruhlu olduğunu deyirlər. Müxalifət isə düşünür ki, dəyişikliklər demokratik islahatları daha da çətinləşdircək. Qəzet xatırladır ki, Amerika Dövlət Departamentinin son hesabatına görə, Azərbaycanda insan haqları sahəsində vəziyyət pisləşib, BBC, Azadliq və Amerikanın səsi radioları yerli tezliklərdən məhrum edilib.

Qəzet yazır ki, İlham Əliyev prezidentlik müddəti ilə bağlı limiti ləğv edən yeganə “petroprezident” deyil. Bundan əvvəl Venesuela prezidenti Huqo Çaves də belə dəyişikliyi referendumdan keçirib. Qazaxıstan prezidenti üçün də belə məhdudiyyət aradan qaldırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG