Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:25
Rubrikalar

Alternativ hərbi xidmət haqda qanunun qəbulu Azərbaycan ordusunda nəyi dəyişə bilər?


Səs: Real audio
“Bir ulduz batanda, o biri doğur” 2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olanda üzərinə götürdüyü öhdəliklərdən biri də alternativ xidmətlə bağlı qanunun qəbulu idi. Üstündən dörd il keçib, amma nəinki qanun qəbul olvunub, hətta qanun layihəsi də hazırlanmayıb. Bəs, alternativ hərbi xidmət haqqında qanunun qəbulu niyə yubanır? Müşahidəçilərin fikrincə, parlament bununla bağlı tərəddüd keçirir. Bəs bu tərəddüdlər nəylə bağlıdır? Bundan başqa vətəndaşların, eləcə də millət vəkillərinin alternativ hərbi xidmətlə bağlı təsəvvürləri necədir?



Bu suallara Bakı büromuzun bu günkü qonaqları Milli Məclisin deputatları Amaliya Pənahova, Əliməmməd Nuriyev və Qarabağ müharibəsi əlili Nahid Canbaxışlı ilə birgə cavab axtaracağıq.



Amma sual-cavaba keçməzdən öncə deyim ki, həmkarım İlkin Məmmədov bu mövzuda reportaj hazırlayıb. Artıq o efirdə səslənib. Reportajın qəhrəmanı 27 yaşından sonra cəbhə xəttində xidmət edib. Amma orduda xidmət ona baha başa gəlib – ailəsini və işini itirib. Onun qənaətincə, alternativ hərbi xildmət haqda qanun olsaydı, bəlkə də o bu qədər itkiylə üzləşməzdi. Hesab edir ki, hərbi qulluğa getməyib, bunun əvəzində Müdafiə Nazirliyinə müəyyən məbləğdə pul köçürə bilər və ailəsinin yanında ola bilərdi.



Keçmiş müdafiə naziri Tacəddin Mehdiyev isə deyir ki, Azərbaycan cəmiyyəti alternativ xidmətə hazır deyil. Milli psixologiya gənclərin ön cəbhəyə getməyib, qospitalda, qocalar evlərində işləmələrinə pis baxacaqlar. O da Gürcüstan modelinin tərəfdarıdır və güman edir ki, hərbi xidmətə yollanmaq istəməyənlər dövlətə borclarını pulla əvəzləyə bilərlər. Həmin vəsait isə ordu quruculuğuna yönəldilə bilər.



Dinləyicimiz Rasim Cavadov isə başqa fiikrdədir. O hesab edir ki, alternativ hərbi xidməti seçənlərin qospitalda, uşaq evlərində işləmələri vacib deyil. Müəyyən hazırlıqdan sonra onlar ucqarlarda müləlimlik edə, büdcə təşkilatlarında işləyə bilərlər.



Biz isə sual edirik: Azərbaycanın müharibə şəraitində olduğunu, mentalitetin fərqliliyini və başqa incəlikləri nəzərə alsaq bəlkə də yeni bir model - Azərbaycan modeli haqda düşünmək lazımdır? Yəni mövcud olan Asiya və Avropa modellərindən daha fərqli bir model…



Bütün bu suallara cavabı «Ortaq Məxrəc» proqramının AUDİO hissəsini dinləməklə cavab tapa bilərsiniz.
XS
SM
MD
LG