Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:47

Leyla Əliyeva: birləşməyin zəruriliyi deyəsən hamıya aydın olub


Səs: Real audio
“Bir ulduz batanda, o biri doğur” Qarşıdakı parlament seçkilərinə hazırlıq məsələsinin nə yerdə olmasından danışan Müsavat Partiyasının lideri İsa Qəmbər deyir ki, bu proses indi seçki məcəlləsinin təkmilləşdirilməsi mərhələsindədir. Onun sözlərinə görə, hazırda seçki məcəlləsinə hakimiyyətin saxtakarlığını məhdudlaşdıra və cəmiyyətin seçkilərə nəzarətini artıra biləcək dəyişikliklərin edilməsi üzərində iş gedir. Bununla bağlı təkliflər hazırlanıb və artıq lazımi instansiyalara təqdim edilib. İsa Qəmbər deyir ki, əsas mübarizə hədəflərindən biri də seçki mühitinin demokratikləşdirilməsidir: «hər şey cəmiyyətin hazırlığından və beynəlxalq birliyin münasibətindən asılıdır».

Müsavat başqanının fikrincə, xalq bunu istəyir və o, azad və demokratik seçkilərin keçirilməsinə hazırdır. Ancaq yalnız istəmək kifayət deyil, bununçün mübarizə aparmaq lazımdır. Əgər cəmiyyət bu prosesdə fəal iştirak edəcəsə və siyasi qüvvələr səmimi olacaqlarsa, o zaman veynəlxalq birliyin də bu məsələdə iştirakı mümkündür. Bu halda uğur qazanmaq olar.

Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyevanın fikrincə isə «təkcə müxalifət düşərgəsində deyil, eyni zamanda cəmiyyətdə də qarşıdakı parlament seçkilərinə hazırlığın getdiyi hiss olunur. Leyla Əliyeva deyir ki, birləşməyin zəruriliyi deyəsən hamıya aydın olub. Artıq bu istiqamətdə çox ciddi addımlar atılır».

Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi rəhbərinin sözlərinə görə, qarşıdakı parlament seçkilərinin taleyi bu prosesin gedişindən asılıdır. Əgər hazırlıq işləri daha da dinamik inkişaf etdirilsə, yəqin ki, müxalifətin uğur qazanması mümkün olacaq.

Bu günlərdə yeni yaradılan bir qurum isə Azərbaycanda Ukrayna təcrübəsindən bəhrələnməyə cəhd edildiyini göstərir.

Fevralın 9-da Azərbaycanda «Yox» adlı yeni müxalifət hərəkatının yaradıldığı elan edilib. Bu hərəkatın üzvlərindən biri - Demokratik İslahatlar Cəmiyyətinin sədri Razi Nurullayev deyir ki, «bu hərəkatın lideri olmayacaq. Onu kardinatorlar idarə edəcəklər. Məqsəd Azərbaycanda demokratik seçkilərin keçirilməsinə nail olmaqdır. Biz baş verən bütün qanunsuzluqlara və saxtakarlığa yox deyəcəyik».

Hərəkatın fəaliyyətinə gəlincə, Razi Nurullayev deyir ki, burada birləşənlərin əksəriyyəti dinc mübarizə üsulu ilə tanış insanlardır. Onlar başqa ölkələrin təcrübəsindən – Ukraynadakı «Pora» təşkilatının və digərlərinin təcrübəsindən bəhrələnirlər.

Razi Nurullayev bu istiqamətdə işlərin bir neçə aydır getdiyini deyir. Onun fikrincə, hazırda bu proses özünün inkişaf mərhələsinə qədəm qoyur.
XS
SM
MD
LG