Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:29

MTN Əli Kərimlinin otağına qurğu yerləşdirmədiyini deyir


Səs: Real audio
“Bir ulduz batanda, o biri doğur” AXCP sədri Əli Kərimlinin »Azadlıq» qəzetinin redaksiyasındakı iş otağında xüsusi dinləmə qurğusunun Milli Təhlükəsizlik Nazirliyi tərəfindən yerləşdirilməsi barədə ittihamı həqiqətə uyğun deyil.



Bu, MTN haqqında mənfi ictimai rəy formalaşdırmaq cəhdidir.



MTN-in yaydığı bəyanatda fevralın 9-da aşkarlanan qurğu ilə bağlı AXCP-dən səslənən ittihamlara belə münasibət bildirilib.



Bəyanatda deyilir ki, demokratiyadan danışaraq antidemokrat qəzet buraxdıran və zorakılıq əməllərinə görə özünü çoxdan ifşa edən, məramı və məqsədi hamıya aydın olan müxalifət liderlərini izləməyə ehtiyac yoxdur.



Nazirlik müxalifətçiləri qrantlar almaqda və buna görə də beynəlxalq aləmdə Azərbaycan reallıqlarının əksinə çıxış etməkdə günahlandırır.



Amma AXCP-çilər əvvəlki mövqelərində qalırlar. Və artıq ölkə prokurorluğuna araşdırma aparmaları üçün müraciət də ediblər.



AXCP-dən olan millət vəkili Qulamhüseyn Əlibəyli deyir ki, “biz heç kimi ittiham etmirik. Prokurorluğa müraciət etmişik ki, baş verənləri araşdırsın. Çox təəssüf ki, MTN AXCP-də baş verən hadisəyə belə münasibət bildirir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG