Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:22

Avropa Birliyinin Azərbaycanla bağlı fəaliyyət planı hazırlanacaq


Səs: Real audio
Ermənilər özlərini təhqir olunmuş hiss edirlər Gələn ayın əvvəllərində Azərbaycanla Avropa Birliyi arasında fəaliyyət planının hazırlanmasına başlanacaq.



Plana əsasən, Avropa Birliyi ilə iqtisadi əməkdaşlığın konkret sahələri və Azərbaycanda quruma inteqrasiya üçün təhlükəsizlik sisteminin qurulması nəzərdə tutulur. Məqsəd gələcəkdə Azərbaycanın da Birliyə üzv olmaq perspektivlərinin genişlənməsidir.



Bu haqda məlumatları Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyke Talvitiye fevralın 10-da keçirdiyi mətbuat konfransında verib.



Onun sözlərinə görə, Avropa Komissiyasının Azərbaycan haqda məruzəsi iki həftədən sonra Avropa Nazirlər Kabinetinə təqdim olunacaq.



Cənab Talvitiye builki parlament seçkilərinə toxunaraq onun mümkün qədər şəffaf və demokratik keçirilməsini istədiklərini bildirdi. Onun sözlərinə görə, “məxməri” və “narıncı” inqilabları bütün ölkələrə tətbiq etmək haqda fikirlər yanlışdır və hər ölkə öz inkişaf yolunu keçməlidir.



Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunan cənab Talvitiye razılıq əldə olunarsa, Avropa Birliyinin xüsusi sülhməramlılarının bölgəyə göndərilməsi imkanlarının olduğunu deyib. Amma onun fikrincə, sülhməramlılar qrupuna hansı ölkələrin daxil olacağı haqda fikir yürütmək hələ tezdir.



Minsk qrupuna Rusiya, Fransa və ABŞ-dan əlavə həmsədrin salınmasının zəruri olması barədə fikirlərə gəlincə, qonaq qrupun formatını dəyişdirməyə ehtiyac duymur.
XS
SM
MD
LG