Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:25

Andreas Qross ictimai televiziyanın gec işə başlamasından narazıdır


Səs: Real audio
Ermənilər özlərini təhqir olunmuş hiss edirlər Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin monitorinqini aparan Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri Andreas Qross və Andres Herkel fevralın 10-dan Bakıda görüşlərə başlayıblar.



Onlar səfərin ilk günündə Avropa ölkələrinin Azərbaycandakı səfirləri, AzTV-2-nin rəhbərliyi, qəzet redaktorları, hüquq-müdafiəçiləri və partiya sədrləri ilə görüşüblər.



Görüşlərdə əsasən söz azadlığı, parlament seçkiləri, ictimai televiziyanın yaradılması, siyasi məhbus və sair məsələlər müzakirə olunub.



Andreas Qross özü isə yerli telekanallara müsahibəsində bildirib ki, ictimai televiziyanın yaradılmasının gecikməsindən narazıdır



Demokratiyanın İnkişafı və İnsan Haqlarının Müdafiəsi Fondunun həmsədri Rəna Sadəddinova deyir ki, onlar yerinə yetirilməyən öhdəliklər haqda fikir mübadiləsi aparıblar.



«Zerkalo» qəzetinin redaktoru Elçin Şıxlı isə bildirir ki, qəzet redaktorları məruzəçilərlə mətbuatın vəziyyətindən və jurnalistlərə olan mənəvi, fiziki təzyiqlərdən danışıblar. Məruzəçilər «Monitor» jurnalının əməkdaşının Müdafiə Nazirliyinə çağrılması faktı ilə də maraqlanıblar.



Məruzəçilərin səfəri isə davam edir. Avropa Şurasının Azərbaycandakı informasiya ofisindən verilən məlumata görə, Andreas Qross və Andres Herkelin qrafiki gərgindir.



Onlar fevralın 11-də Mərkəzi Seçki Komissiyasının və Konstitusiya Məhkəməsinin sədrləri, ədliyyə naziri, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri, BP və BTC şirkətlərinin Sədrlər Şurası, Müsavat və Milli İstiqlal partiyalarının rəhbərləri ilə ayrı-ayrılıqda görüşəcəklər.



Bundan başqa, məruzəçilər cəzaçəkmə müəssisələrinə də baş çəkəcəklər.



Səfərin sonuncu günü isə Andreas Qross və Andres Herkelin Milli Məclisin sədri Murtuz Ələsgərov, prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və prezident İlham Əliyevlə də görüşü planlaşdırılıb.



Məruzəçilər bildiriblər ki, monitorinq aparmaq məqsədilə bu il Azərbaycana iki aydan bir gələcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG