Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:27

Azərbaycanın Çexiyadakı səfirliyində sakitçilikdir


Yerli vaxtla saat 13.30-a (Bakı vaxtıyla saat 16.30) qədər Çexiya Respublikasında qeydiyyatda olan Azərbaycan vətəndaşlarının 10 %-i refrendumda iştirak eləyib.

Komissiya sədri Fuad Mustafayevin sözlərinə görə, seçicilərin əsas axınını günorta saat 2-dən sonra gözləyirlər. Çünki, qeydiyyatda olan Azərbaycan vətəndaşlarının əksəriyyəti tələbələrdir.

Ümumilikdə Çexiyada 101 Azərbaycan vətəndaşı qeydiyyatdadır. Amma müvəqqəti olaraq Çexiyaya gələn Azərbaycan vətəndaşları, turistlər və qeydiyyata düşməyən vətəndaşlar da əlavə siyahı üzrə səsverməyə qatıla bilərlər.

Seçicilərin Kontitusiyaya təşkil olunan dəyişikliklərin mahiyyəti ilə tanış ola bilməsi üçün Mərkızi Seçki Komissiyasının hazırladığı bukletlər verilir.

Komissiya sədrinin verdiyi məlumata görə, Azərbaycanın Praqadakı səfirliyində təşkil olunan səsveməni müşahidə eləmək üçün heç kəs müraciət eləməyib. Sadəcə 6 komissiya üzvündən biri – müxalifət adından Fazil Qəzənfəroğlunun sədrlik elədiyi Böyük Quruluş Partiyasının maraqlarını müdafiə edən şəxs qismində olmağa razılıq verib.

Azadlıq Radiosunun əməkdaşı seçki məntəqəsində olduğu bir saat ərzində sadəcə bir seçici səsvermə hüququndan istifadə eləyib.
XS
SM
MD
LG