Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:26

Orta Asiyada müxalifət güclənmək üçün birləşir


Səs: Real audio
Ermənilər özlərini təhqir olunmuş hiss edirlər Gürcüstan və Ukraynadakı inqilabların təsiri altında

Orta Asiya ölkələrində müxalifət anlamağa başlayıb ki, güclü olmaq üçün onlar birləşməlidirlər.



Londondakı Şərq və Afrika Ölkələri Məktəbində dərs deyən Orta Asiya üzrə mütəxəssis xanım Bhavna Dahvay deyir ki, fevralın 27-də parlament seçkiləri keçiriləcək Qırqızstan və Tacikistanda müxalifət qrupları dərk ediblər ki, hakimiyyətlə mübarizə aparmaq üçün onlar bir araya gəlməlidirlər.

"Ukraynada, və bundan qabaq Gürcüstanda baş verənləri görəndən sonra, müxalifət anlayıb ki, rejimlərlə mübarizə aparmaq üçün onar bütün ehtiyatlarını və adamlarını birləşdirməlidirlər. Qırqızstanda və Tacikistanda seçkilərlə bağlı bu istiqamətdə bəzi işlər görülüb".



Qırqızstanda ötən ilin payızında siyasi səhnədə üç blok peyda oldu – Qırqızstanın Xalq Hərəkatı, Yeni İstiqamət və Vətən blokları.

Bişkəkdəki İnsan Hüquqları və Qanun Aliliyi Qırqızstan-Amerika Bürosunun direktoru Natalya Ablova deyir ki, bu üç hərəkatın liderləri seçkilərin azad və ədalətli keçirilməsinin təmin edilməsi üçün birgə işləmək məqsədi ilə bu ilin əvvəlində memorandum imzalayıblar.

"Müxalifət çox müxtəlifdir, amma onların hamısı birgə işləməyin vacibliyini anlayır. Və onlar seçki kampaniyası zamanı biri-birini dəstəkləmək barədə razılıq əldə ediblər. Bu görünməmis bir şeydir ki, liderlər ambisiyalarını kənara qoyub əsas məqsədə çatmaq üçün bir yerdə işləmək barədə qərar veriblər. Məqsəd- parlamentdə mümkün qədər çox yer qazanmaqdır".



Tacikistanda parlament seçkiləri ərəfəsində dörd partiya bir araya gəlib. Ədalətli və Şəffaf seçkilər üzrə Koalisiya İslam İntibahı, Sosial-Demokrat, Sosialist və Demokratik partiyaları öz tərkibində birləşdirir.



Qazaxstanda isə ölkənin Müxalifət Demokratik Qüvvələrinin Koordinasiya Şurası ötən həftə bildirib ki, Ədalətli Qazaxstan naminə yeni hərəkatın prinsiplərini işləyib hazırlamaq üçün işçi qrup yaradır. Şuraya Açıq Yol, Kommunist və Qazaxstanın Demokratik Seçim partiyaları daxildilər. Bunların liderləri deyirlər ki, 2007-ci il prezident seçkiləri üçün vahid namizəd seçməyə hazırdılar.



Londondakı Şərq və Afrika ölkələri Məktəbinin əməkdaşı xanım Dahvay deyir ki, Qazaxstan, Qırqızstan və Tacikistanda bu hərəkatların yaradılması – yalnız ilkin addımlardı. Bu ölkələrdəki müxalifətlərin birliyi və həmrəyliyi daxili faktorlardan, o cümlədən fraksiyaçılıq rəqabətindən asılıdır. Xanım Dahvay deyir ki, əsas məsələ odur ki, Orta Asiyadakı müxalifət hələ də ki, parçalanmış qalmaqdadır.

"Hakimiyyətdə olan rejimlər qəsdən müxalifəti parçalayır, təqib edir, təsirli adamları ələ alırlar və ümumiyyətlə müxalifət liderlərinin həyatlarını çətinləşdirirlər".



Qazaxstanda ötən ay məhkəmə qərarı ilə Qazaxstann Demokratik Seçim Partiyası konstitusiya əleyhinə fəaliyyətə görə ləğv edilib. Bunun liderlərindən biri Qalımjan Jakiyanov 2002-ci ildən həbsdədir.



Qırqızstanın ən populyar Şərəf müxalifət partiyasının lideri Feliks Kulov də həbsdədir.



Yaxınlarda Qırqızstanın beş keçmiş diplomatının parlament seçkilərinə namizədlikləri rədd edilib, çünki onlar son beş ildə daimi olaraq ölkədə yaşamayıblar. Müxalifət deyir ki, bu siyasi qərardır.

Tacikistan Demokratik Partiyasının lideri Məhəmmədruzi İskəndərovun namizədliyi də ona qarşı cinayət işi açıldığı üçün qeydiyyata alınmayıb. Tacikistanın Mərkəzi Seçki Komissiyası müxalifət Sosialist partiyasından namizədləri qeydiyyata almaqdan imtina edib. Bunun Düşənbə bölməsi hökumət rəsmisini özünə sədr seçəndə, partiya 2003-cü ildə parçalanmış

Günün bütün mövzuları

XS
SM
MD
LG