Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:23

“Çeçen yaraqlılarında nüvə silahı varmı?”


Səs: Real audio
Ermənilər özlərini təhqir olunmuş hiss edirlər “Power and Interest News Report”



Özünün uzağı görməyən siyasəti ucbatından Rusiya artıq indidən post-Sovet məkanında nüfuzunun böyük hissəsini itirib. Və Putin bu tendensiyanın qabağını ala bilməsə, Rusiya növbəti seçkilərdə Ermənistanı da itirə bilər.



Ermənistan Rusiyanın Qafqazda əsl istehkamıdır. Rusiya çoxdandır bu ölkəni həm iqtisadi, həm də hərbi sahədə müdafiə edir. İstehlak etdiyi qazın hamısını Ermənistan məhz Rusiyadan alır.



Amma bütün bunlara rağmən Rusiyanın mövcudluğu Ermənistanda bir il əvvəlkitək müsbət qarşılanmır. Müxalif qüvvələrin “məxməri inqilablar”dan ruhlanması azmış kimi Beslan hadisələrinin ardınca Ermənistanda Rusiya əleyhinə əhval formalaşıb.



Terror aktından sonra Rusiya Gürcüstanla sərhədləri bağlayanda Ermənistanın maşın və avtobuslarının da qarşısına şlaqbaum qoyulmuşdu. O zaman Ermənistan şirkətlərinin nə qədər itirdikləri haqda dəqiq məlumat yoxdur, amma ermənilər Rusiyanın bütün Qafqazla birlikdə onları da cəzalandırmasını təhqir kimi qəbul ediblər.



Birləşmiş Ştatların vəziyyətə reaksiyası yubanmayıb. Rusiya—Ermənistan münasibətlərinin zəif yerini tutan Amerika fəallığını artırıb və indi Yerevanda regionda ən iri konsul xidmətini təşkil etməyi planlaşdırır. Amerikanın Ermənistana yardım layihələri də genişlənir.



--“Lö Mond”



Çeçen separatçılarının prezidenti Aslan Məshədov Qərbi Çeçenistanla bağlı sükutu pozmağa və Rusiyanı danışıqlara meylləndirməyə çağırıb. Onun bu bəyanatı fevralın 8-də separatçıların “Qafqazsentr” İnternet saytında dərc olunub.



Radikal çeçen səhra komandiri Şamil Basayevsə son video müraciətində deyib ki, onlar “Məshədova tabedirlər və onun sülh təşəbbüsünü müdafiə edirlər”.



Basayevin müraciətinin Çeçenistanda bazar günü lentə alındığı bildirilir. Bu isə “bir nömrəli terrorçu”nun bu ilin yanvarında öldüyü haqda şayiələri təkzib edir.



--“Uolt Strit Cournal”



Sürgündə olan rus oliqarxı Boris Berezovski çərşənbə axşamı çeçen yaraqlılarının nüvə silahına malik ola bilmələri haqda xəbərdarlıq edib. Bir neçə il əvvəl guya bunu ona hətta satmaq istəyiblərmiş.



Berezovski “Assoşeyted Press” agenliyinə müsahibəsində deyib ki, üç il əvvəl özünü Zahar adlandıran çeçen separatçılarının nümayəndəsi ona daşına bilən nüvə qurğusunu almağı təklif edib.



Berezovskinin sözlərinə görə, o, Zaharın kimin maraqlarını təmsil etdiyini bilmir. Amma onun Aslan Məshədovla əlaqəli olduğuna əmindir.



--“Di Velt”



Rusiya Xarici İşlər Nazirliyi Berezovskinin bəyanatını tələsik təkzib edib.



Nazirlik hesab edir ki, “bu cür bəyanatlarla keçmiş maqnat Rusiyada əsəbilik atmosferi yaratmaq istəyir. Moskvada çeçen yaraqlılarında atom bombası olduğunu düşünmürlər”.



--“Los Anceles Tayms”



Hollivudun qərbində alman cəbhəsində həlak olmuş Sovet əsgər və zabitlərinə abidə ucaldılacaq.



Abidə mayın 8-də, İkinci Dünya müharibəsinin başa çatmasının 60-cı ildönümü ərəfəsində açılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG