Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:55

Ekspertlərin cəzaçəkmə yerlərində baş verənlərə mövqeləri birmənalı deyil


Səs: Real audio
Qərb Orta Asiyada insan haqları pozuntularına məhəl qoymur DİN və Baş Prokurorluğun həbsdə olan Nadir Səlifovun Qobustan həbsxanasında cəza çəkə-çəkə çoxsaylı əməllər törətməsiylə bağlı bəyanatı haqqında müxtəlif fikirlər var. Rəsmi mövqeyə gəldikdə, Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəis müavini Natiq Talıbov deyir ki, bu bəyanata mövqeyi birmənalıdır. Hesab edir ki, qanuni tədbirlər görülməlidir. Natiq Talıbov onu da deyir ki, bu sahənin əməkdaşları gələcək işlərini ancaq qanun əsasında həyata keçirməyi düşünürlər.

Bəyanatda Nadir Səlifovun 6 və 16 saylı kaloniyalarda, o cümlədən Qobustan qapalı həbsxanasında törətdiyi əməllərdən danışılır. Söhbət şantaj yoluyla səkkiz qadının zorlanmasından, reketçilik, həbsxanadan kənarda cinayət əməllərinin idarə olunması üçün mobil telefonlardan istifadədən və kaloniya rəhbərliyinin bu işlərlə əlaqəsindən gedir.

Müstəqil hüquqşünas İsaxan Aşurov bildirir ki, DİN və Baş Prokurorluğun bu cür məlumat yayması təqsirsizlik prezumpsiyasını pozur. İttihamlara gəldikdə isə cənab Aşurov deyir ki, bu bəyanatdan çoxlu suallar ortaya çıxıb. O mənada ki, həbsxana və kaloniyaya qadınlar necə gətirilibmiş, zorlanma olubmu və s.

Hüquqşünas bu hadisə haqqında indi danışılmasının da növbəti sual doğurduğunu bildirir.

Cəzaçəkmə yerlərində monitorinq aparan qeyri-hökumət təşkilatlarının mövqeyinə gəldikdə, onlardan biri Çingiz Qənizadə deyir ki, onlar ancaq dustaqların saxlanma şəraitiylə tanış olublar.

Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin keçmiş rəis müavini Məmməd Zeynalov isə

bəyanatda göstərilənlər haqqında deyir ki, bu cür hadisələr nadir hallarda baş verir.

Ekspert hesab edir ki, deyilənlərin Aydın Qasımovun vəzifədən kənarlaşdırılmasından sonra üzə çıxarılması isə məqsədlidir.

Hüquq müdafiəçisi Səidə Qocamanlı isə deyir ki, bu hadisə penitensiar sistemdə islahatların keçirilmədiyini göstərir.

Keçmiş məhbus olan hüquq müdafiəçisi Murad Saddədinov isə deyir ki, kimisə zorla həbsxanaya gətirmək mümkün deyil. O da baş verənlərin indi üzə çıxmasına təəccüb edir.

Hüquq müdafiəçisinin sözlərinə görə, belə hadisənin baş verməsi penitensiar sistemdəki vəziyyətin göstəricisi kimi qiymətləndirilməlidir.
XS
SM
MD
LG