Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:46

Avropa Birliyi və Avropa Şurasının missiyası Bakıdadır


Səs: Real audio
Qərb Orta Asiyada insan haqları pozuntularına məhəl qoymur Avropaya inteqrasiya olunmaq istəyən Azərbaycan üçün bu ilki parlament seçkilərinin azad və ədalətli keçməsi zəruridir.



Bu fikri Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyke Talvitiye Azərbaycanın müxalifət nümayəndələri ilə görüşdə səsləndirib.



Fevralın 9-dan Azərbaycanda rəsmi səfərdə olan cənab Talvitiye Bakıda ölkə prezidenti İlham Əliyev, müxalifət partiyalarının liderləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.



Ölkə başçısı ilə görüşdə əsasən qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.



Öncə Ermənistan, sonra isə Gürcüstanda olan cənab Talvitiyenin Azərbaycana rəsmi səfəri fevralın 12-dək davam edəcək.



Bu gün Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel də Bakıya gəliblər.



Həmməruzəçilərin sabahdan başlayaraq prezident İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.



Bundan əlavə, onlar kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları, müxalifət nümayəndələri, seçki komissiyaları və məhkəmələrin rəhbərləri ilə görüşəcəklər.



AŞ PA Monitorinq Komitəsinin üzvləri Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərində də olacaqlar.



Avropa parlamentarlarının səfəri fevralın 13-dək davam edəcək.
XS
SM
MD
LG